https://sputnik.az/20220916/zas-qirgizistan-ve-tacikistan-resmileri-ile-serheddeki-gerginliyi-muzakire-etdi-446127184.html
Zas Qırğızıstan və Tacikistan rəsmiləri ilə sərhəddəki gərginliyi müzakirə etdi
Zas Qırğızıstan və Tacikistan rəsmiləri ilə sərhəddəki gərginliyi müzakirə etdi
Sputnik Azərbaycan
KTMT-nin baş katibi Stanislav Zas hər iki ölkənin Təhlükəsizlik Şurasının katibləri ilə telefon danışığı aparıb. 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T12:33+0400
2022-09-16T12:33+0400
2022-09-16T12:43+0400
ktmt
dünya xəbərləri
münaqişə
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427672186_0:0:3072:1728_1920x0_80_0_0_49fda5fdcd29188f3f9b410edb3e10ce.jpg
BAKI, 16 sentyabr — Sputnik. KTMT-nin baş katibi Stanislav Zas Qırğızıstan və Tacikistan Təhlükəsizlik Şuralarının katibləri ilə danışıqlar aparıb. Bu barədə təşkilatın "Telegram" kanalında məlumat verilib."Sentyabrın 16-da KTMT-nin baş katibi Stanislav Zas Qırğızıstan-Tacikistan sərhədində vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə əlaqədar Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Marat İmankulov və Tacikistan Respublikası Təhlükəsizlik Şurasının katibi Nasrullo Mahmudzoda ilə telefon danışığı aparıb", - deyə məlumatda bildirilir.Qeyd olunub ki, danışıqlar zamanı tərəflər münaqişənin sülh yolu ilə həlli üçün səlahiyyətli orqanlar vasitəsilə dərhal atəşkəs və danışıqlara ehtiyac olduğunu bildiriblər.Bundan əvvəl Qırğızıstan Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşməsi ilə əlaqədar Tacikistan nümayəndələrinə etiraz notası təqdim edib.Xatırladaq ki, bir neçə gün əvvəl Qırğızıstanla sərhəddə silahlı insident nəticəsində bir Tacikistan sərhədçisi həlak olub, bir neçəsi yaralanıb.Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra bölgədə onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 660 km-dən artıq məsafə müəyyən edilib və razılaşdırılıb.Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı ərazilərin yerli sakinləri, eləcə də sərhədçilər arasında mübahisələr və münaqişələr yaranır.
https://sputnik.az/20220916/qirgizistan-tacikistan-serhedinde-agir-doyusler-gedir-446123795.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/0b/427672186_341:0:3072:2048_1920x0_80_0_0_08bbf71688ddcfda3fcdf4224080b0e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ktmt, münaqişə
Zas Qırğızıstan və Tacikistan rəsmiləri ilə sərhəddəki gərginliyi müzakirə etdi
12:33 16.09.2022 (Yenilənib: 12:43 16.09.2022) KTMT-nin baş katibi Stanislav Zas hər iki ölkənin Təhlükəsizlik Şurasının katibləri ilə telefon danışığı aparıb.
BAKI, 16 sentyabr — Sputnik. KTMT-nin baş katibi Stanislav Zas Qırğızıstan və Tacikistan Təhlükəsizlik Şuralarının katibləri ilə danışıqlar aparıb. Bu barədə təşkilatın "Telegram" kanalında məlumat verilib.
"Sentyabrın 16-da KTMT-nin baş katibi Stanislav Zas Qırğızıstan-Tacikistan sərhədində vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə əlaqədar Qırğızıstan Respublikası Təhlükəsizlik Şurasının katibi Marat İmankulov və Tacikistan Respublikası Təhlükəsizlik Şurasının katibi Nasrullo Mahmudzoda ilə telefon danışığı aparıb", - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, danışıqlar zamanı tərəflər münaqişənin sülh yolu ilə həlli üçün səlahiyyətli orqanlar vasitəsilə dərhal atəşkəs və danışıqlara ehtiyac olduğunu bildiriblər.
Bundan əvvəl Qırğızıstan Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşməsi ilə əlaqədar Tacikistan nümayəndələrinə etiraz notası təqdim edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Qırğızıstanla sərhəddə silahlı insident nəticəsində bir Tacikistan sərhədçisi həlak olub, bir neçəsi yaralanıb.
Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra bölgədə onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 660 km-dən artıq məsafə müəyyən edilib və razılaşdırılıb.
Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı ərazilərin yerli sakinləri, eləcə də sərhədçilər arasında mübahisələr və münaqişələr yaranır.