https://sputnik.az/20220916/qirgizistan-tacikistan-serhedinde-agir-doyusler-gedir-446123795.html
Qırğızıstan-Tacikistan sərhədində ağır döyüşlər gedir
Qırğızıstan-Tacikistan sərhədində ağır döyüşlər gedir
Sputnik Azərbaycan
Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd xidməti bəyan edib ki, onlar Tacikistanın hərbi təcavüzünü dəf etməkdə davam edirlər. 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T11:00+0400
2022-09-16T11:00+0400
2022-09-16T11:08+0400
qırğızıstan
dünya xəbərləri
tacikistan
döyüş
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821375_0:90:3369:1985_1920x0_80_0_0_46167b45a59fa336565d949ee067aacb.jpg
BAKI, 16 sentyabr — Sputnik. Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Tacikistanla sərhəddə gərgin döyüşlərin davam etdiyini bildirib. Bu barədə Rusiya mediası məlumat yayıb."Atəşin dayandırılması səylərinə baxmayaraq, təəssüf ki, Tacikistan tərəfi münaqişə bölgəsinə ağır hərbi texnika gətirməkdə davam edir və bütün mövcud arsenaldan istifadə edərək, bizim ərazimizi ələ keçirməyə cəhd edir", - deyə qurumun məlumatında qeyd olunub.Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd xidməti bəyan edib ki, onlar Tacikistanın hərbi təcavüzünü dəf etməkdə davam edirlər.Qırğızıstan və Tacikistan sərhədində silahlı qarşıdurma sentyabrın 16-da səhər saatlarında başlayıb. Qırğızıstanın sərhəd idarəsi bildirib ki, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib. Öz növbəsində Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi bəyan edib ki, Qırğızıstan sərhəd birliyinin hərbçiləri müqavilənin şərtlərini pozaraq Tacikistanın "Düşənbə" sərhəd zastavasını ağır silahdan atəşə tutublar.Bundan əvvəl Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə silahlı toqquşmalar nəticəsində 18 Qırğızıstan vətəndaşının yaralandığını bildirmişdi.Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra bölgədə onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 660 km-dən artıq məsafə müəyyən edilib və razılaşdırılıb.Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı ərazilərin yerli sakinləri, eləcə də sərhədçilər arasında mübahisələr və münaqişələr yaranır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821375_0:0:2731:2048_1920x0_80_0_0_33390b45c84f26f1dbe08fe783bd5dc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qırğızıstan, tacikistan, döyüş
qırğızıstan, tacikistan, döyüş
Qırğızıstan-Tacikistan sərhədində ağır döyüşlər gedir
11:00 16.09.2022 (Yenilənib: 11:08 16.09.2022) Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd xidməti bəyan edib ki, onlar Tacikistanın hərbi təcavüzünü dəf etməkdə davam edirlər.
BAKI, 16 sentyabr — Sputnik. Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Tacikistanla sərhəddə gərgin döyüşlərin davam etdiyini bildirib. Bu barədə Rusiya mediası məlumat yayıb.
"Atəşin dayandırılması səylərinə baxmayaraq, təəssüf ki, Tacikistan tərəfi münaqişə bölgəsinə ağır hərbi texnika gətirməkdə davam edir və bütün mövcud arsenaldan istifadə edərək, bizim ərazimizi ələ keçirməyə cəhd edir", - deyə qurumun məlumatında qeyd olunub.
Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd xidməti bəyan edib ki, onlar Tacikistanın hərbi təcavüzünü dəf etməkdə davam edirlər.
Qırğızıstan və Tacikistan sərhədində silahlı qarşıdurma sentyabrın 16-da səhər saatlarında başlayıb. Qırğızıstanın sərhəd idarəsi bildirib ki, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib. Öz növbəsində Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi bəyan edib ki, Qırğızıstan sərhəd birliyinin hərbçiləri müqavilənin şərtlərini pozaraq Tacikistanın "Düşənbə" sərhəd zastavasını ağır silahdan atəşə tutublar.
Bundan əvvəl Qırğızıstanın Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə silahlı toqquşmalar nəticəsində 18 Qırğızıstan vətəndaşının yaralandığını bildirmişdi.
Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra bölgədə onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 660 km-dən artıq məsafə müəyyən edilib və razılaşdırılıb.
Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı ərazilərin yerli sakinləri, eləcə də sərhədçilər arasında mübahisələr və münaqişələr yaranır.