https://sputnik.az/20220916/qirgizistan-ve-tacikistan-ateskese-razilasdi-446139593.html
Qırğızıstan və Tacikistan atəşkəsə razılaşdı
Qırğızıstan və Tacikistan atəşkəsə razılaşdı
Sputnik Azərbaycan
Qırğızıstan və Tacikistanın milli təhlükəsizlik üzrə dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov Bakı vaxtı ilə saat 14:00-da atəşkəs... 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T15:49+0400
2022-09-16T15:49+0400
2022-09-16T15:50+0400
atəşkəs
dünya xəbərləri
qırğızıstan
tacikistan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446139415_14:0:640:352_1920x0_80_0_0_dd70ceffc7a8b03128124fa567d9465a.jpg
BAKI, 16 sentyabr — Sputnik. Qırğızıstan və Tacikistan xüsusi xidmət orqanlarının rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov iki ölkənin sərhədində atəşkəs barədə razılığa gəliblər. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb."Qırğızıstan və Tacikistanın milli təhlükəsizlik üzrə dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov Bakı vaxtı ilə saat 14:00-da atəşkəs barədə razılığa gəliblər", - məlumatda deyilir.Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Bildirilib ki, Qırğızıstanın eyniadlı rayonunun Batken vilayətində üç yerdə iki ölkənin hərbi qulluqçuları arasında atışma olub.Qırğızıstan Sərhəd Xidmətinin məlumatına görə, cümə günü saat 06:00-da Tacikistan tərəfi Qırğızıstan sərhəd bölmələrini atəşə tutmağa başlayıb.Batken və Leylek rayonlarında şiddətli döyüşlərin getdiyi bildirilir. Tacikistan tərəfi Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, zirehli transportyorlar, piyada döyüş maşınları, minaatanlardan, eləcə də çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.Bildirilib ki, tacik hərbçiləri Batken rayonunun Dostuk kəndində məktəb binasını zəbt ediblər, vilayət mərkəzinə - Batken şəhərinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən zərbələr endirib, infrastruktur obyektlərini dağıdıblar. Qırğızıstan sərhədçiləri Tacikistanın "Lyakkan" və "Boqdari" sərhəd zastavalarını cavab atəşinə tutub, Tacikistan tərəfinin xeyli sayda ağır texnikasını məhv etməyə müvəffəq olub.Son məlumatlara görə, 42 yaralı Batken Regional Birləşmiş Xəstəxanasına yerləşdirilib.Qırğızıstanın Xarici İşlər Nazirliyi sərhəddə baş verən qarşıdurmalara görə Tacikistana etiraz notası verib, Tacikistan tərəfini sərhəd və mülki obyektlərə hücumda ittiham edib.Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra bölgədə onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 660 km-dən artıq məsafə müəyyən edilib və razılaşdırılıb.Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı ərazilərin yerli sakinləri, eləcə də sərhədçilər arasında mübahisələr və münaqişələr yaranır.
https://sputnik.az/20220916/zas-qirgizistan-ve-tacikistan-resmileri-ile-serheddeki-gerginliyi-muzakire-etdi-446127184.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446139415_160:0:629:352_1920x0_80_0_0_7c15b353b858e7e25c4bb9d9d0f3160f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
atəşkəs, qırğızıstan, tacikistan
atəşkəs, qırğızıstan, tacikistan
Qırğızıstan və Tacikistan atəşkəsə razılaşdı
15:49 16.09.2022 (Yenilənib: 15:50 16.09.2022) Qırğızıstan və Tacikistanın milli təhlükəsizlik üzrə dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov Bakı vaxtı ilə saat 14:00-da atəşkəs barədə razılığa gəliblər
BAKI, 16 sentyabr — Sputnik. Qırğızıstan və Tacikistan xüsusi xidmət orqanlarının rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov iki ölkənin sərhədində atəşkəs barədə razılığa gəliblər. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
"Qırğızıstan və Tacikistanın milli təhlükəsizlik üzrə dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov Bakı vaxtı ilə saat 14:00-da atəşkəs barədə razılığa gəliblər", - məlumatda deyilir.
Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. Bildirilib ki, Qırğızıstanın eyniadlı rayonunun Batken vilayətində üç yerdə iki ölkənin hərbi qulluqçuları arasında atışma olub.
Qırğızıstan Sərhəd Xidmətinin məlumatına görə, cümə günü saat 06:00-da Tacikistan tərəfi Qırğızıstan sərhəd bölmələrini atəşə tutmağa başlayıb.
Batken və Leylek rayonlarında şiddətli döyüşlərin getdiyi bildirilir. Tacikistan tərəfi Qırğızıstanın yaşayış məntəqələrinə və sərhəd zastavalarına zərbələr endirmək üçün tanklar, zirehli transportyorlar, piyada döyüş maşınları, minaatanlardan, eləcə də çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.
Bildirilib ki, tacik hərbçiləri Batken rayonunun Dostuk kəndində məktəb binasını zəbt ediblər, vilayət mərkəzinə - Batken şəhərinə çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən zərbələr endirib, infrastruktur obyektlərini dağıdıblar. Qırğızıstan sərhədçiləri Tacikistanın "Lyakkan" və "Boqdari" sərhəd zastavalarını cavab atəşinə tutub, Tacikistan tərəfinin xeyli sayda ağır texnikasını məhv etməyə müvəffəq olub.
Son məlumatlara görə, 42 yaralı Batken Regional Birləşmiş Xəstəxanasına yerləşdirilib.
Qırğızıstanın Xarici İşlər Nazirliyi sərhəddə baş verən qarşıdurmalara görə Tacikistana etiraz notası verib, Tacikistan tərəfini sərhəd və mülki obyektlərə hücumda ittiham edib.
Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra bölgədə onlarla mübahisəli hissələr qalıb. İndiyədək iki ölkə arasında delimitasiya və demarkasiya prosesində 660 km-dən artıq məsafə müəyyən edilib və razılaşdırılıb.
Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı ərazilərin yerli sakinləri, eləcə də sərhədçilər arasında mübahisələr və münaqişələr yaranır.