https://sputnik.az/20220916/ag-ev-rusiya-ukrayna-danisiqlarinin-hansi-halda-mumkun-olacagina-aydinliq-getirib-446168235.html
Ağ Ev Rusiya-Ukrayna danışıqlarının hansı halda mümkün olacağına aydınlıq gətirib
Ağ Ev Rusiya-Ukrayna danışıqlarının hansı halda mümkün olacağına aydınlıq gətirib
Sputnik Azərbaycan
Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Rusiya ilə danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna... 16.09.2022, Sputnik Azərbaycan
2022-09-16T23:35+0400
2022-09-16T23:35+0400
2022-09-16T23:35+0400
dünya xəbərləri
abş
ağ ev
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
putin
rusiya prezidenti vladimir putin
con kirbi
https://cdnn1.img.sputnik.az/img/40756/73/407567390_0:376:5038:3210_1920x0_80_0_0_d9be4fc9156503d81e4bb4b74d5918ba.jpg
BAKI, 16 sentyabr - Sputnik. Rusiya ilə danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər.Bu sözləri Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.O, həmçinin bildirib ki, Amerikanın Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına əlavə etməsi Ukrayna prezidenti Vladimir Zelenski üçün mümkün danışıqları çətinləşdirəcək.ABŞ hakimiyyəti daha yaxşı alternativlərin olduğuna inanır.Kirbi onu da bildirib ki, ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi göndərməyi planlaşdırır (APA).Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında Zelenskinin danışıqlara hazır olmadığını bildirib.O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ona Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi təklif edir. Türkiyə prezidentinin bu görüş barədə təklifində qəribə heç nə yoxdur:“Ərdoğan Ukrayna ilə bağlı vəziyyətin normallaşmasına uzun müddətdir ki, səy göstərir, o cümlədən taxıl sazişinin həyata keçirilməsinə töhfə verib... Ona görə də, Türkiyə prezidenti hesab edir ki, Zelenski ilə görüşün keçirilməsi müsbət nəticə verəcək”.Putin Zelenski ilə görüşün hansı şərtlər qarşılığında keçiriləcəyi ilə bağlı suala da cavab verib:“Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını, bunun mümkün olmadığını bəyan edib. Bu görüşün baş tutması üçün gərək Kiyev buna razılıq versin. Lakin onlar danışıqlardan imtina edirlər. Əgər imtina edirləsə, onda bu görüş lazım deyil”.
https://sputnik.az/20220916/biz-ukraynada-butun-ordumuzla-doyusmuruk---putin--446166570.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40756/73/407567390_129:0:4910:3586_1920x0_80_0_0_4985ee0c50f80c6fbd35e27aeefd1056.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, ağ ev, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, putin, rusiya prezidenti vladimir putin, con kirbi
abş, ağ ev, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, putin, rusiya prezidenti vladimir putin, con kirbi
Ağ Ev Rusiya-Ukrayna danışıqlarının hansı halda mümkün olacağına aydınlıq gətirib
Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Rusiya ilə danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər.
BAKI, 16 sentyabr - Sputnik. Rusiya ilə danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər.
Bu sözləri Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
O, həmçinin bildirib ki, Amerikanın Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına əlavə etməsi Ukrayna prezidenti Vladimir Zelenski üçün mümkün danışıqları çətinləşdirəcək.
ABŞ hakimiyyəti daha yaxşı alternativlərin olduğuna inanır.
Kirbi onu da bildirib ki, ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi göndərməyi planlaşdırır (APA).
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında Zelenskinin danışıqlara hazır olmadığını bildirib.
O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ona Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi təklif edir. Türkiyə prezidentinin bu görüş barədə təklifində qəribə heç nə yoxdur:
“Ərdoğan Ukrayna ilə bağlı vəziyyətin normallaşmasına uzun müddətdir ki, səy göstərir, o cümlədən taxıl sazişinin həyata keçirilməsinə töhfə verib... Ona görə də, Türkiyə prezidenti hesab edir ki, Zelenski ilə görüşün keçirilməsi müsbət nəticə verəcək”.
Putin Zelenski ilə görüşün hansı şərtlər qarşılığında keçiriləcəyi ilə bağlı suala da cavab verib:
“Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını, bunun mümkün olmadığını bəyan edib. Bu görüşün baş tutması üçün gərək Kiyev buna razılıq versin. Lakin onlar danışıqlardan imtina edirlər. Əgər imtina edirləsə, onda bu görüş lazım deyil”.