Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Biz Ukraynada bütün ordumuzla döyüşmürük" - Putin

© Sputnik / Павел Бедняков Президент РФ Владимир Путин выступает на церемонии открытия Международного военно-технического форума "Армия-2022" и Армейских международных игр - 2022 в военно-патриотическом парке "Патриот" в подмосковной Кубинке
 Президент РФ Владимир Путин выступает на церемонии открытия Международного военно-технического форума Армия-2022 и Армейских международных игр - 2022 в военно-патриотическом парке Патриот в подмосковной Кубинке - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Prezident Putin bildirib ki, əməliyyat kiçik templə gedir, amma tədricən Rusiya ordusu yeni ərazilər tutur.
BAKI, 16 sentyabr - Sputnik. Prezident Vladimir Putin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat planında düzəliş edilməyəcəyini açıqlayıb.
"Rusiyanın xüsusi hərbi əməliyyat planına düzəliş edilə bilməz", - deyə Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Baş Qərargah əməliyyatın gedişatında operativ qərarlar qəbul edir.
“Xüsusi əməliyyatın əsas məqsədi Donbassın bütün ərazisinin azad edilməsidir. Ukrayna ordusunun əks-hücumuna baxamayaraq, bu iş davam etdirilir. Bizim Donbassda hücum əməliyyatımız dayanmayıb. Əməliyyat kiçik templə gedir, amma tədricən Rusiya ordusu yeni ərazilər tutur. Xatırladım ki, biz bütün ordumuz ilə döyüşmürük. Ordumuzun bir hissəsi ilə, müqavilə əsasında xidmət edənlərlə döyüşürük. Ona görə də, biz tələsmirik”,- deyə Putin vurğulayıb.
Rusiya prezidentinin sözlərinə görə, əməliyyat planında heç bir dəyişiklik yoxdur. Onun sözlərinə görə, Baş Qərargah nəyisə vacib, nəyisə ikinci dərəcəli hesab edir.
Vladimir Putin əsas vəzifənin dəyişilməz olaraq qaldığını əlavə edib.
O qeyd edib ki, Rusiya Silahlı qüvvələri bir müddət əvvəl Ukraynada həssas nöqtələrə bir neçə zərbə endirib. Bunlar sadəcə xəbərdaredici zərbələrdir.
“Əgər vəziyyət bu cür davam etsə, cavablar daha ciddi olacaq. O ki, qaldı terror aktlarına, bəli, bunlar ciddi şeylərdir. Terrorçu metodlardan istifadə olunur. Biz azad olunmuş ərazilərdə vəzifəli şəxslərə qarşı terror aktlarının törədildiyini görürük. Biz hətta Rusiya Federasiyası ərazisində terror aktları törətmək cəhdlərini görürük, o cümlədən, bilmirəm, bu barədə ictimaiyyətə açıqlanıb ya yox, amma Rusiya Federasiyası ərazisində nüvə obyektlərinin ətrafında, atom elektrik stansiyalarımızın ərazilərində terror aktı törətməyə cəhdlər olunub. Biz bunları görürük, bunlara nəzarət edirik. Əgər onlar bu cür metodların yolverilməz olduğunu anlamasalar, buna cavab alacaqlar”, - deyə Putin vurğulayıb.
O qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun müddətdir ki, ona Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyi təklif edir. Türkiyə prezidentinin bu görüş barədə təklifində qəribə heç nə yoxdur:
“Ərdoğan Ukrayna ilə bağlı vəziyyətin normallaşmasına uzun müddətdir ki, səy göstərir, o cümlədən taxıl sazişinin həyata keçirilməsinə töhfə verib... Ona görə də, Türkiyə prezidenti hesab edir ki, Zelenski ilə görüşün keçirilməsi müsbət nəticə verəcək”.
Putin Zelenski ilə görüşün hansı şərtlər qarşılığında keçiriləcəyi ilə bağlı suala da cavab verib:
“Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını, bunun mümkün olmadığını bəyan edib. Bu görüşün baş tutması üçün gərək Kiyev buna razılıq versin. Lakin onlar danışıqlardan imtina edirlər. Əgər imtina edirləsə, onda bu görüş lazım deyil”.
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.09.2022
RUSİYA
"Zelenski Rusiya ilə danışıqların mümkün olmadığını deyib" - Putin
Xəbər lenti
0