https://sputnik.az/20220915/ust-koronavirus-pandemiyasinin-sonu-yaxinlasir-446036651.html
ÜST: "Koronavirus pandemiyasının sonu yaxınlaşır"
ÜST: "Koronavirus pandemiyasının sonu yaxınlaşır"
Sputnik Azərbaycan
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T07:25+0400
2022-09-15T07:25+0400
2022-09-15T07:25+0400
səhiyyə
üst
pandemiya
yeni tip koronavirus pandemiyası
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441556793_0:107:3071:1834_1920x0_80_0_0_bc30151fc60d296f9fafa04593176f6d.jpg
BAKI, 15 sentyabr — Sputnik. Koronavirus pandemiyasının sonu yaxınlaşır."Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib."Keçən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatıb. Biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır", - Qebreyesus əlavə edib.Eyni zamanda, ÜST rəhbəri dövlətləri 70% peyvəndlə əhatə olunma yolunda ən yüksək prioritet kimi ən riskli qrupların, o cümlədən tibb işçiləri və yaşlıların 100%-nin peyvənd edilməsinə təşviqə çağırıb.Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
https://sputnik.az/20220804/ust-koronavirusa-yoluxma-hallarinin-sayi-azalib-444699690.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441556793_249:0:2980:2048_1920x0_80_0_0_7a089b53f56c131ebbf751c334410368.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, pandemiya, yeni tip koronavirus pandemiyası, koronavirus
üst, pandemiya, yeni tip koronavirus pandemiyası, koronavirus
ÜST: "Koronavirus pandemiyasının sonu yaxınlaşır"
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
BAKI, 15 sentyabr — Sputnik. Koronavirus pandemiyasının sonu yaxınlaşır.
"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.
"Keçən həftə COVID-19-dan həftəlik ölümlərin sayı 2020-ci ilin mart ayından indiyədək ən aşağı həddə çatıb. Biz hələ hədəfə çatmamışıq, lakin son yaxınlaşır", - Qebreyesus əlavə edib.
Eyni zamanda, ÜST rəhbəri dövlətləri 70% peyvəndlə əhatə olunma yolunda ən yüksək prioritet kimi ən riskli qrupların, o cümlədən tibb işçiləri və yaşlıların 100%-nin peyvənd edilməsinə təşviqə çağırıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.