Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST: Koronavirusa yoluxma hallarının sayı azalıb

© AFP 2022 / HECTOR RETAMALKoronavirus
Koronavirus - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
nfeksiyaya yoluxanların sayında artım Qərbi Sakit Okean regionunda və Afrikada qeydə alınıb
BAKI, 4 avqust — Sputnik. Son bir həftə ərzində 6,5 milyondan çox insan koronavirusa yoluxub, 14 mindən çox insan dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülleteninə əsasən, əvvəlki 7 günlə müqayisədə yoluxmaların sayı 9 faiz, ölüm halları isə 3 faiz azalıb.
İyulun 25-dən 31-nə qədər yoluxmaların sayı əvvəlki həftə ilə müqayisədə 9 faiz azalıb. Eyni zamanda 3 faiz az ölüm halı qeydə alınıb. Yeddi gün ərzində ÜST-yə 6 565 679 yoluxma halı və 14 179 ölüm faktı haqqında məlumat daxil olub.
İnfeksiyaya yoluxanların sayında artım Qərbi Sakit Okean regionunda (20 faiz) və Afrikada (5 faiz) qeydə alınıb. Eyni zamanda, Avropada (35 faiz) və Şərqi Aralıq dənizi regionunda (12 faiz) yoluxma halları nəzərəçarpacaq dərəcədə azalıb. Ölüm hallarında əhəmiyyətli artım Qərbi Sakit okean regionunda (44 faiz), Şərqi Aralıq dənizi regionunda (26 faiz) və Cənub-Şərqi Asiyada (20 faiz) qeydə alınıb. Eyni zamanda, yoluxma halları Avropada azalıb (26 faiz).
Yaponiya bir həftə ərzində ən çox - 1 379 099 yoluxma sayı barədə məlumat verib. Ondan sonra ABŞ (923 366), Koreya Respublikası (564 437), Almaniya (459 724) və İtaliya (394 583) yer alıblar. Yeddi gün ərzində ən çox ölüm halı – 2 626 ABŞ-da qeydə alınıb. Daha sonra Braziliya (1 827), İtaliya (1 205), Yaponiya (655) və Avstraliya (637) qərarlaşıblar.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər lenti
0