https://sputnik.az/20220915/qarabag-nanti-darmadagin-edib-446112630.html
"Qarabağ" "Nant"ı darmadağın edib
"Qarabağ" "Nant"ı darmadağın edib
Sputnik Azərbaycan
UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirən klubumuz ilk qələbəsini qazanıb. 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T22:49+0400
2022-09-15T22:49+0400
2022-09-16T10:14+0400
idman
futbol
uefa
qarabağ fk
qələbə
fransa
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446114735_0:0:2000:1125_1920x0_80_0_0_437267c1d9bd44912a9f1c11a4d3cda9.jpg
BAKI, 15 sentyabr - Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Baş məşqçi Qurban Qurbanovun yetirmələri G qrupunun II turunda Bakıda Fransanın "Nant" klubununa 3:0 hesabı ilə qalib gəlib. Oyundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri dayışıb. 14-cü dəqiqədə Fransa təmsilçisinin futbolçusu Moyzes Simonun fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. "Köhlən atlar" ilk hissənin ortalarından təşəbbüsü ələ alıb.Oyunun 60-cı dəqiqəsində 25 yaşlı qanalı hücumçu Kvabena Ovusu hesabı açmağa müvəffəq olub. Bundan 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb.Oyunun 72-ci dəqiqəsində Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları bir daha oyuna mərkəzdən başlamağa məcbur edib.Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0f/446114735_217:0:1990:1330_1920x0_80_0_0_4ccd52f7dbba1c1466d5fbd23eb10523.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
futbol, uefa, qarabağ fk, qələbə, fransa
futbol, uefa, qarabağ fk, qələbə, fransa
"Qarabağ" "Nant"ı darmadağın edib
22:49 15.09.2022 (Yenilənib: 10:14 16.09.2022) UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirən klubumuz ilk qələbəsini qazanıb.
BAKI, 15 sentyabr - Sputnik. Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Baş məşqçi Qurban Qurbanovun yetirmələri G qrupunun II turunda Bakıda Fransanın "Nant" klubununa 3:0 hesabı ilə qalib gəlib.
Oyundan əvvəl Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.
Görüşün ilk 10 dəqiqəsi kəşfiyyat xarakteri dayışıb. 14-cü dəqiqədə Fransa təmsilçisinin futbolçusu Moyzes Simonun fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev mane olub. "Köhlən atlar" ilk hissənin ortalarından təşəbbüsü ələ alıb.
Oyunun 60-cı dəqiqəsində 25 yaşlı qanalı hücumçu Kvabena Ovusu hesabı açmağa müvəffəq olub. Bundan 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb.
Oyunun 72-ci dəqiqəsində Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları bir daha oyuna mərkəzdən başlamağa məcbur edib.
Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.