https://sputnik.az/20220915/dyp-qarabagin-oyunu-ile-bagli-cagiris-edib-446063057.html
DYP "Qarabağ"ın oyunu ilə bağlı çağırış edib
DYP "Qarabağ"ın oyunu ilə bağlı çağırış edib
Sputnik Azərbaycan
DYP "Qarabağ" - "Nant" arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla bağlı vətəndaşlara müraciət edib 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T11:10+0400
2022-09-15T11:10+0400
2022-09-15T11:10+0400
dyp
idman
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928929_0:0:3072:1728_1920x0_80_0_0_fb30fdddb767c1d9fc3597c931678eb3.jpg
BAKI, 15 sentyabr — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" - "Nant" oyunu ilə bağlı vətəndaşlara müraciət edib.İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlərə oyun keçirilən əraziyə gələrkən ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur:"UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ" saat 20:45-də Fransanın "Nant" klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.Bildiyiniz kimi, stadion ictimai nəqliyyat üçün əlverişli yerdədir. Belə ki ərazidə metronun "Gənclik" stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir"."Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər", - deyə o əlavə edib.Oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlmk tövsiyə edilir.Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" – "Nant" oyunu bir dəqiqəlik sükutla başlamayacaq.Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə qeyd edib ki, Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavabda bildirilib ki, qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib.UEFA-nın cavabında bildirilib ki, narahatlıq başa düşüləndir, anlayışla qarşılayırıq, lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/0f/427928929_341:0:3072:2048_1920x0_80_0_0_9d1e7ba34f7437fa6a8af1a98dc41dd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dyp
DYP "Qarabağ"ın oyunu ilə bağlı çağırış edib
DYP "Qarabağ" - "Nant" arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunla bağlı vətəndaşlara müraciət edib
BAKI, 15 sentyabr — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Qarabağ" - "Nant" oyunu ilə bağlı vətəndaşlara müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, azarkeşlərə oyun keçirilən əraziyə gələrkən ictimai nəqliyyata üstünlük vermələri tövsiyə olunur:
"UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ" saat 20:45-də Fransanın "Nant" klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.
Bildiyiniz kimi, stadion ictimai nəqliyyat üçün əlverişli yerdədir. Belə ki ərazidə metronun "Gənclik" stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir".
"Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneçilik törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər", - deyə o əlavə edib.
Oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlmk tövsiyə edilir.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ" – "Nant" oyunu bir dəqiqəlik sükutla başlamayacaq.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə qeyd edib ki, Azərbaycan – Ermənistan sərhədində dünyasını dəyişən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad olunması üçün UEFA-ya göndərilən müraciətə cavabda bildirilib ki, qitə futbol qurumu avrokubok görüşündə belə addım atılmasına icazə verməyib.
UEFA-nın cavabında bildirilib ki, narahatlıq başa düşüləndir, anlayışla qarşılayırıq, lakin bu məsələ futbolla bağlı olmadığı üçün icazə verə bilmərik.