Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu gün Azərbaycanda yeni dərs ili başlayır

© Sputnik / Murad OrujovRəfael Hüseynov adına 49 №li "İntellekt" məktəb-liseydə "Yay məktəbi" təşkil olunub
Rəfael Hüseynov adına 49 №li İntellekt məktəb-liseydə Yay məktəbi təşkil olunub - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
BAKI, 15 sentyabr - Sputnik. Bu gün Azərbaycanda Bilik Günüdür.
Sentyabrın 15-də ölkənin bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayır.
2022-2023-cü tədris ilində ümumtəhsil məktəblərinin birinci sinifinə gedəcək şagirdlərin sayı 158 297 nəfərdir. Doqquzuncu sinifdə 147 029, on birinci sinifdə isə 100 455 nəfər təhsil alacaq. Ümumilikdə, yeni tədris ilində 1 616 214 şagird oxuyacaq.
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 484 731 şagird təhsil alacaq. I sinifdə 46 200, IX sinifdə 37 987, X sinifdə 26 898, XI sinifdə 25 551, XII sinifdə 168 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.
Şəhid olanların xatirəsinə hörmət əlaməti olaraq 15 sentyabr – Bilik Günü təntənəli şəkildə qeyd edilməyəcək.
Tədris ili 2023-cü il iyunun 14-də başa çatacaq.
Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.
Məktəbli forması - Sputnik Azərbaycan, 1920, 14.09.2022
TƏHSİL
Məktəbli forması ajiotajı: Nazirlik "vacib deyil" desə də, məktəblər israr edir
Xəbər lenti
0