Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın üç boksçusu finala yüksəlib

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidboks
boks - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
ABŞ-da keçirilən boks üzrə beynəlxalq turnirin final döyüşləri bu gün keçiriləcək.
BAKI, 15 sentyabr — Sputnik. ABŞ-ın Pueblo şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin məlumatına görə, ABŞ, Çin, Almaniya, Puerto-Riko və Filippin millilərinin də qatıldığı yarışda Azərbaycan yığmasının 3 üzvü finala yüksəlib.
Turnirdə 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə rəqibi Bo Fanq (Çin) döyüşə gəlmədiyi üçün mərhələ adlayıb. O, həlledici qarşılaşmada çinli Xinminq Ma ilə üz-üzə gələcək.
Ümid Rüstəmov (57 kq) Xinyan Vanqın (Çin) ardınca onun komanda yoldaşı Ping Lyuya da gücünü göstərib. Boksçumuz rəqibini 5:0 hesabı ilə məğlub edib. Ü.Rüstəmov finalda Julius Ballonu (ABŞ) sınağa çəkəcək.
Millimizin üzvü Məhəmməd Abdullayev (+92 kq) də çempionluq döyüşünə vəsiqə qazanıb. O, yarımfinalda Danabieke Bayikevuzini (Çin) məğlub edib – 3:2. Dünya çempionatının mükafatçısı qızıl medal uğrunda son Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla döyüşəcək.
Komanda yoldaşlarından fərqli, Nəbi İsgəndərov (71 kq) bürünc medalla kifayətlənib. Omari Consla (ABŞ) dueldə finala rəqib yüksəldiyindən boksçumuz üçüncü yeri tutub.
Qeyd edək ki, turnirdə final döyüşləri sentyabrın 15-də olacaq.
Xəbər lenti
0