https://sputnik.az/20220915/azerbaycan-ve-turkiye-mudafie-nazirleri-arasinda-telefon-danisigi-olub-446060143.html
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub
Sputnik Azərbaycan
Hulusi Akar Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb. 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T09:22+0400
2022-09-15T09:22+0400
2022-09-15T09:22+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
müdafiə naziri zakir həsənov
zakir həsənov
general-polkovnik zakir həsənov
telefon danışığı
hulusi akar
baş qərargah rəisi hulusi akar
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434618946_0:220:1600:1120_1920x0_80_0_0_93bc96f0ba4cd1e751bc368b81ec9019.jpg
BAKI, 15 sentyabr - Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib.Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
https://sputnik.az/20220915/bakinin-isgaldan-azad-edilmesinden-104-il-kecir-446057688.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434618946_0:0:1600:1200_1920x0_80_0_0_f62dfd79dedfded4e6a10bf115162f73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə naziri zakir həsənov, zakir həsənov, general-polkovnik zakir həsənov, telefon danışığı, hulusi akar, baş qərargah rəisi hulusi akar
müdafiə naziri zakir həsənov, zakir həsənov, general-polkovnik zakir həsənov, telefon danışığı, hulusi akar, baş qərargah rəisi hulusi akar
Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub
Hulusi Akar Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.
BAKI, 15 sentyabr - Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib.
Cənab H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.
Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.