Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bakının işğaldan azad edilməsindən 104 il keçir

© Photo : Public domenBakını fəth etmiş Qafqaz İslam Ordusunun şəhərdə fəxri keçidi (29 oktyabr 1919)
Bakını fəth etmiş Qafqaz İslam Ordusunun şəhərdə fəxri keçidi (29 oktyabr 1919) - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir.
BAKI, 15 sentyabr - Sputnik. Bu gün Bakının işğalçı daşnak-menşevik birləşmələrindən azad olunmasının ildönümüdür.
Sputnik Azərbaycan xəbər verir ki, Bakının azad olunmasından 104 il ötür.
1918-ci il sentyabrın 15-də Azərbaycan və türk (Osmanlı) əsgərləri Bakını menşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda erməni daşnakların və eser-menşeviklərin (Sentrokaspi diktaturası) Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayın 28-də isə Milli Şura Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan etmişdi. Ancaq ölkə ərazisinin bir hissəsi, o cümlədən Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Zəngəzurda, Göyçədə, Qarabağda daşnaklar Azərbaycan türklərinə qarşı vəhşiliklər törədirdilər. 1918-ci ilin martında neftlə zəngin, sənayecə Cənubi Qafqazın ən inkişaf etmiş şəhəri olan Bakıda azərbaycanlı əhaliyə qarşı vəhşicəsinə soyqırımı həyata keçirmiş daşnak-bolşevik qüvvələri Azərbaycanın bu parçasını qoparmaqda qərarlı idilər. Bakısız isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Göyçənin, Zəngəzurun, Qarabağın işğaldan azad edilməsinin yolu yalnız Bakıdan başlaya bilərdi.
Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti müqaviləyə əsasən, qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi.
Sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü.
Вид на Flame Towers (Пламенные башни) в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.09.2023
PAYTAXT XƏBƏRLƏRİ
Bakı bu tarixi unutmur: Mindən çox türkün qanı ilə yazılan azadlıq
Xəbər lenti
0