Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya ikincisi olub

© Sputnik / Alexei Filippov / Mediabanka keçidYunan-roma güləşi. Arxiv şəkli
Yunan-roma güləşi. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Milli üzvlərindən Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş, Taleh Məmmədov, Həsrət Cəfərov və Arif Niftullayev bürünc medal qazanıblar.
BAKI, 14 sentyabr — Sputnik. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti uğura imza atıb.
Yarışda 9 idmançı ilə təmsil olunan yığmamız yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub.
Milli üzvlərindən Eldəniz Əzizli (55 kiloqram) qızıl, Ülvi Qənizadə (72 kiloqram) gümüş, Taleh Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Arif Niftullayev (97 kiloqram) bürünc medal qazanıblar.
Qeyd edək ki, Türkiyə millisi 125 xalla bütün rəqiblərini qabaqlayıb. Meydan sahibləri isə 110 xalla üçüncü olublar.
Xəbər lenti
0