Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Rusiya BMT-yə Azərbaycanla Ermənistan arasında normallaşmada səyləri barədə məlumat verib

© Sputnik / Brayan Smit / Mediabanka keçidПостоянный представитель РФ при ООН Василий Небензя, фото из архива
Постоянный представитель РФ при ООН Василий Небензя, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Nebenzya vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrinin iştirakçıları yekdilliklə Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasının, vəziyyətin siyasi-diplomatik vasitələrlə nizamlanmasının tərəfdarı olduqlarını bildiriblər.
BAKI, 14 sentyabr — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasına Azərbaycanla Ermənistan arasında normallaşmada səyləri barədə məlumat verib.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərə deyib.
Nebenzya qeyd edib ki, Təhlükəsizlik Şurasının Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə bağlı qapalı iclasında ölkəsi adından münaqişəyə son qoymaq üçün görülən işləri açıqlayıb.
"Biz Rusiyanın həm ayrı-ayrılıqda, həm də KTMT vasitəsilə vəziyyəti normallaşdırmaq, atəşkəsə nail olmaq üçün göstərdiyi səylərdən, Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra KTMT-nin göstərəcəyi səylərdən danışdıq", - daimi nümayəndə qeyd edib.
Nebenzya vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrinin iştirakçıları yekdilliklə Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasının, vəziyyətin siyasi-diplomatik vasitələrlə nizamlanmasının tərəfdarı olduqlarını bildiriblər.
Daimi nümayəndə əlavə edib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının Ermənistan və Azərbaycanla bağlı sənədinə prezidentlərin üçtərəfli bəyanatlarına istinadın daxil edilməsində israrlıdır.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Şəhid Vadim Qocayev  - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Şəhid anası: "Bir gündə iki tabut qucaqladım" - Reportaj-Video
Xəbər lenti
0