https://sputnik.az/20220914/mirzoyan-ktmt-missiyasinin-geleceyi-vaxti-aciqladi-446046038.html
Mirzoyan KTMT missiyasının gələcəyi vaxtı açıqladı
Mirzoyan KTMT missiyasının gələcəyi vaxtı açıqladı
Sputnik Azərbaycan
Ermənistan XİN rəhbəri parlamentdəki çıxışında bildirib ki, missiyanın sabah Ermənistana gələcəyini gözləyirlər. 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T22:14+0400
2022-09-14T22:14+0400
2022-09-14T22:14+0400
ktmt
azərbaycan-ermənistan sərhədində vəziyyət
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/41890/72/418907250_0:0:963:541_1920x0_80_0_0_43bd67f6d74a4d0adabf4344e0292476.jpg
BAKI, 14 sentyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının sentyabrın 15-də Ermənistana gələcəyini bəyan edib. Bu barədə Ermənistan mediası məlumat yayıb."Biz KTMT missiyasının sabah Ermənistana gələcəyini gözləyirik. Bizim müraciətimiz KTMT-də lazımi qaydada müzakirə olunub", - Mirzoyan parlamentdə hökumət saatında çıxış edərkən deyib.KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası vəziyyətin qiymətləndirilməsi və dövlət başçılarına hesabatın hazırlanması üçün baş katib Stanislav Zasın rəhbərlik etdiyi qurumun missiyasının Ermənistana göndərilməsi barədə razılığa gəlib.Missiyaya təşkilatın birgə qərargahının rəhbəri Anatoli Sidorov və iştirakçı dövlətlərin nümayəndələri daxil olacaqlar.Şura həmçinin Rusiyanın Ermənistan və Azərbaycan sərhədində vəziyyəti sabitləşdirmək üçün vasitəçilik səylərini tam dəstəkləyib və KTMT-nin məsuliyyət zonasında vəziyyətə daim nəzarət etmək üçün işçi qrupun yaradılması barədə razılığa gəlib. Onun tərkibinə Katibliyin əməkdaşları və Birləşmiş Qərargahın hərbi qulluqçuları daxil olacaqlar.Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
https://sputnik.az/20220914/ceyhun-bayramov-azerbaycan-ermenistana-birterefli-qaydada-humanitar-ateskes-teklif-edib-446052343.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41890/72/418907250_101:0:822:541_1920x0_80_0_0_17808d2d9e0c9f93344bf8bad1f7d85b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt, ararat mirzoyan
Mirzoyan KTMT missiyasının gələcəyi vaxtı açıqladı
Ermənistan XİN rəhbəri parlamentdəki çıxışında bildirib ki, missiyanın sabah Ermənistana gələcəyini gözləyirlər.
BAKI, 14 sentyabr — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının sentyabrın 15-də Ermənistana gələcəyini bəyan edib. Bu barədə Ermənistan mediası məlumat yayıb.
"Biz KTMT missiyasının sabah Ermənistana gələcəyini gözləyirik. Bizim müraciətimiz KTMT-də lazımi qaydada müzakirə olunub", - Mirzoyan parlamentdə hökumət saatında çıxış edərkən deyib.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası vəziyyətin qiymətləndirilməsi və dövlət başçılarına hesabatın hazırlanması üçün baş katib Stanislav Zasın rəhbərlik etdiyi qurumun missiyasının Ermənistana göndərilməsi barədə razılığa gəlib.
Missiyaya təşkilatın birgə qərargahının rəhbəri Anatoli Sidorov və iştirakçı dövlətlərin nümayəndələri daxil olacaqlar.
Şura həmçinin Rusiyanın Ermənistan və Azərbaycan sərhədində vəziyyəti sabitləşdirmək üçün vasitəçilik səylərini tam dəstəkləyib və KTMT-nin məsuliyyət zonasında vəziyyətə daim nəzarət etmək üçün işçi qrupun yaradılması barədə razılığa gəlib. Onun tərkibinə Katibliyin əməkdaşları və Birləşmiş Qərargahın hərbi qulluqçuları daxil olacaqlar.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.