Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ceyhun Bayramov: "Azərbaycan Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif edib"

© Photo : MFA AzerbaijanNazir Ceyhun Bayramovun Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşü
Nazir Ceyhun Bayramovun Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşü - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 14 sentyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.
XİN-dən xəbər verilib ki, görüş zamanı tərəflər Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahələri üzrə fikir mübadiləsi aparıb, ikitərəfli və regional əsaslarda müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
C.Bayramov həmçinin Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərginlik barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif etdiyi, vəziyyətin gərginləşməsinin və sabitliyin pozulmasının ölkəmizin marağında olmadığını diqqətə çatdırıb.
M.Şvıdkoy öz növbəsində toqquşmaların dayanacağına ümidvar olduğunu bildirib. Humanitar və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına, etimad quruculuğu tədbirlərinə dəstək göstərməyə daim hazır olduğunu qeyd edib.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0