DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Rusiyanı Bakı ilə İrəvana təsir etməyə çağırıb

© AFP 2024 / Paul J. Richards Dövlət Departamentinin gerbi
 Dövlət Departamentinin gerbi - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
ABŞ Rusiya Federasiyasını Bakı ilə İrəvan arasında gərginliyin qarşısını almaq üçün öz təsir imkanlarından istifadə etməyə çağırıb.
BAKI, 14 sentyabr — Sputnik. Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Birləşmiş Ştatlar Rusiyanı eskalasiyanı dayandırmaq üçün Ermənistan və Azərbaycandakı əhəmiyyətli təsirindən istifadə etməyə çağırıb. O, əmindir ki, bu eskalasiya Rusiyanın maraqlarına uyğun deyil.
"Şübhə yoxdur ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların və ya birbaşa zorakılığın artması... Rusiyanın maraqlarına uyğun deyil. Bunda heç kim maraqlı deyil", - Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
"Həmçinin heç bir şübhə yoxdur ki, Rusiyanın həm Ermənistan, həm də Azərbaycan üzərində əhəmiyyətli təsiri var. Biz Rusiyanı bu təsir imkanlarından hərbi əməliyyatların dayandırılması və daha geniş mənada bu gərginliyin azaldılması üçün istifadə etməyə çağırırıq", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.
Prays qeyd edib ki, münaqişənin gərginləşməsinə görə hər iki tərəfi günahlandırmaqdan çəkinir. Onlar üçün ən vacib hər iki tərəfin hərbi əməliyyatları dayandırmağa və daha geniş deeskalasiyaya yer verməməyə dair öhdəlik götürməsidir.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
KTMT-yə üzv dövlətlərin liderləri iclas zamanı - Sputnik Azərbaycan, 1920, 13.09.2022
DÜNYA XƏBƏRLƏRİ
KTMT-nin iclasında Azərbaycan və Ermənistan danışıqlara başlamağa çağırılıb
Xəbər lenti
0