https://sputnik.az/20220913/ktmt-nin-iclasinda-azerbaycan-ve-ermenistan-danisiqlara-baslamaga-cagirilib-446004800.html
KTMT-nin iclasında Azərbaycan və Ermənistan danışıqlara başlamağa çağırılıb
KTMT-nin iclasında Azərbaycan və Ermənistan danışıqlara başlamağa çağırılıb
Sputnik Azərbaycan
KTMT-nin iclasında Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib. 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T23:35+0400
2022-09-13T23:35+0400
2022-09-14T00:46+0400
dünya xəbərləri
ktmt
kasım-jomart tokayev
rusiya prezidenti vladimir putin
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441972462_0:75:3076:1805_1920x0_80_0_0_cf865c8c79e8003d65feb4aef0e5e310.jpg
BAKI, 13 sentyabr - Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT-nin Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclasında tərəfləri güc tətbiqindən əl çəkməyə və danışıqlara başlamağa çağırıb.Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Tokayev çərşənbə axşamı KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak edib. Videokonfrans formatında olan tədbir Ermənistanın təklifi ilə keçirilib. Sammitdə həmçinin Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak edib. Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib.Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
https://sputnik.az/20220913/putin-azerbaycan-ermenistan-serhedinde-deeskalasiya-ucun-elinden-geleni-edir-445984806.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441972462_208:0:2937:2047_1920x0_80_0_0_56ea29a5b5e4aea735a459d52ee7f2bf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Ülkər Abdullayeva
https://cdnn1.img.sputnik.az/img/41266/25/412662514_360:0:1640:1280_100x100_80_0_0_4bdc23c28870dfb3f423d6428fe7f50f.jpg
ktmt, kasım-jomart tokayev, rusiya prezidenti vladimir putin, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
ktmt, kasım-jomart tokayev, rusiya prezidenti vladimir putin, nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan
KTMT-nin iclasında Azərbaycan və Ermənistan danışıqlara başlamağa çağırılıb
23:35 13.09.2022 (Yenilənib: 00:46 14.09.2022) KTMT-nin iclasında Nikol Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib.
BAKI, 13 sentyabr - Sputnik. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT-nin Ermənistan və Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iclasında tərəfləri güc tətbiqindən əl çəkməyə və danışıqlara başlamağa çağırıb.
Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Tokayev çərşənbə axşamı KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında iştirak edib. Videokonfrans formatında olan tədbir Ermənistanın təklifi ilə keçirilib.
Sammitdə həmçinin Qırğızıstan Prezidenti Sadır Japarov, Rusiya Prezidenti Vladimir Putin, Ermənistanın Baş naziri Nikol Paşinyan, Tacikistanın Baş naziri Koxir Rəsulzoda, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç, KTMT baş katibinin müavini Valeri Semerikov iştirak edib.
Paşinyanın Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı məlumatı dinlənilib.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.