Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Azərbaycan-Ermənistan sərhədində deeskalasiya üçün əlindən gələni edir

© POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında
Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında  - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Rusiya prezidentinin köməkçisi bildirib ki, Ermənistan və Rusiya liderlərinin telefon danışığı kontekstində ekspertlər səviyyəsində işlər aparılır.
BAKI, 13 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan sərhədində vəziyyətin deeskalasiyası üçün səylər göstərir. Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Təbii ki, Rusiyanın rolunu, şəxsən Putinin rolunu qiymətləndirmək çətindir. Təbii ki, prezident sərhəddəki vəziyyətin deeskalasiyasına kömək etmək üçün əlindən gələni edir. Bu səylər davam edir", - Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Ermənistan və Rusiya liderlərinin telefon danışığı kontekstində ekspertlər səviyyəsində işlər aparılır.
"Bu gün gecə Ermənistanın baş naziri Paşinyanla telefon danışığım oldu. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olundu. Baş verən söhbətə uyğun olaraq hazırda ekspertlər səviyyəsində intensiv iş aparılır. Bu işin nəticələrini əldə etdikdən sonra sizə məlumat verəcəyik", - Peskov bildirib.
Ermənistan və Azərbaycan sərhədində vəziyyətin deeskalasiyasında KTMT-nin mümkün roluna gəlincə, Rusiya Prezidentinin mətbuat katibi işlərin görüldüyünü bildirib, ancaq bu haqda məlumat vermək istəməyib.
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Xəbər lenti
0