Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" klubunun dünya reytinqindəki yeni mövqeyi bəlli olub

© Sputnik / Murad Orujov"Qarabağ" klubunun futbolçuları
Qarabağ klubunun futbolçuları - Sputnik Azərbaycan, 1920, 11.09.2022
Abunə olmaq
Aktivində 131 xal olan "köhlən atlar" ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə qərarlaşıb.
BAKI, 11 sentyabr - Sputnik. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 304 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
Aktivində 131 xal olan "köhlən atlar" ötən ayla müqayisədə 13 sıra geriləyərək 91-ci pillədə qərarlaşıb.
Ölkə çempionu Türkiyənin "Fənərbağça", Kolumbiyanın "Atletiko Nasyonal" və Belçikanın "Brügge" klubları ilə eyni xala malikdir.
İlk "3-lük"də 305 xalla "Palmeyras", 303 xalla "Flamenqo" (hər ikisi Braziliya) və 293 xalla "Liverpul" (İngiltərə) qərarlaşıb.
Xəbər lenti
0