Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb - VİDEO

© Sputnik / Murad OrujovŞahmat oyunu
Şahmat oyunu - Sputnik Azərbaycan, 1920, 08.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Tanıtım videoçarxında Şuşanın tarixi yerləri və Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın obrazı canlandırılıb. Video yarışın açılış mərasimində nümayiş etdiriləcək
BAKI, 8 sentyabr — Sputnik. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq "Shusha Chess 2022" beynəlxalq şahmat turnirinə həsr olunan tanıtım videosu hazırlanıb.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, tanıtım videoçarxında Şuşanın tarixi yerləri və Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın obrazı canlandırılıb. Video yarışın açılış mərasimində nümayiş etdiriləcək.
"Shusha Chess 2022" beynəlxalq turnirinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
Qeyd edək ki, "Shusha Chess 2022" beynəlxalq şahmat turniri sentyabrın 21-24-də keçiriləcək.
Xəbər lenti
0