https://sputnik.az/20220906/azerbaycan-turkiye-ozbekistan-s-adamlari-birliyi-fealiyyete-baslayib-445724985.html
Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi fəaliyyətə başlayıb
Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi fəaliyyətə başlayıb
Sputnik Azərbaycan
Azərbaycanlı iş adamlarının Özbəkistanda investisiya yatırımları üçün yaxşı imkanlar var. 06.09.2022, Sputnik Azərbaycan
2022-09-06T11:33+0400
2022-09-06T11:33+0400
2022-09-06T11:33+0400
azərbaycan
siyasət
azərbaycan özbəkistan
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 6 sentyabr — Sputnik. Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) açılışı olub və biznes-forum keçirilib.Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Forumu açıq elan edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın Özbəkistandakı Səfirliyin birinci katibi Samir Abbasov hər iki tərəfdən orta və kiçik sahibkarlıq sahələrinin 30-dan çox nümayəndəsinin iştirak etdiyini qeyd edib."Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin iki ölkə arasındakı tarixi münasibətlər, mövcud strateji əməkdaşlığa dair fikirləri və gələcək münasibətlərimizin inkişafına dair verdikləri tapşırıqlar və tövsiyələr bu işdə bizim üçün əsas yol xəritəsidir", - diplomat vurğulayıb.O, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Türkiyə və Mərkəzi Asiya regionu üçün mühüm təşəbbüs olan Zəngəzur dəhlizinin açılmasının regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb. S.Abbasov yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin fəaliyyətinə uğurlar arzulayıb (Report).Birliyin rəhbəri Ruslan İmanzadə çıxışında yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi haqqında məlumat verib, iki ölkə arasında iqtisadi əlaqələrə dair əldə olunmuş nailiyyətləri qeyd edib.R.İmanzadə bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 50,1 milyon ABŞ dolları olub, bunun 33,5 milyon ABŞ dolları ixrac, 16,6 milyon ABŞ dolları idxal əməliyyatlarının payına düşür.O deyib ki, bu gün Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma, metal emalı, maliyyə, sığorta, daşınmaz əmlak, energetika, zərgərlik məmulatlarının istehsalı, təmiri, qida və yüngül sənaye sahələrini əhatə edən 234 müəssisə fəaliyyət göstərir.Özbəkistan İqtisadiyyat Assosiasiyasının rəhbəri Muxtar Umarov iki ölkə arasında iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolunda böyük potensialın olduğunu qeyd edərək, azərbaycanlı iş adamlarının Özbəkistanda investisiya yatırımları üçün yaxşı imkanların olduğunu söyləyib. M.Umarov ölkələrimizin biznes dairələri arasında görüşlərin faydalı olacağına inamını ifadə edərək, belə görüşlərin bundan sonra həm Daşkənddə, həm də Bakıda keçirilməsinin vacibliyini vurğulayıb.
https://sputnik.az/20220829/azerbaycanla-ozbekistan-arasinda-yol-xeritesi-imzalanib-445479319.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, azərbaycan özbəkistan, özbəkistan
azərbaycan, azərbaycan özbəkistan, özbəkistan
Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi fəaliyyətə başlayıb
Azərbaycanlı iş adamlarının Özbəkistanda investisiya yatırımları üçün yaxşı imkanlar var.
BAKI, 6 sentyabr — Sputnik. Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) açılışı olub və biznes-forum keçirilib.
Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Forumu açıq elan edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycanın Özbəkistandakı Səfirliyin birinci katibi Samir Abbasov hər iki tərəfdən orta və kiçik sahibkarlıq sahələrinin 30-dan çox nümayəndəsinin iştirak etdiyini qeyd edib.
"Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin iki ölkə arasındakı tarixi münasibətlər, mövcud strateji əməkdaşlığa dair fikirləri və gələcək münasibətlərimizin inkişafına dair verdikləri tapşırıqlar və tövsiyələr bu işdə bizim üçün əsas yol xəritəsidir", - diplomat vurğulayıb.
O, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Türkiyə və Mərkəzi Asiya regionu üçün mühüm təşəbbüs olan Zəngəzur dəhlizinin açılmasının regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb. S.Abbasov yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin fəaliyyətinə uğurlar arzulayıb (Report).
Birliyin rəhbəri Ruslan İmanzadə çıxışında yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi haqqında məlumat verib, iki ölkə arasında iqtisadi əlaqələrə dair əldə olunmuş nailiyyətləri qeyd edib.
R.İmanzadə bildirib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 50,1 milyon ABŞ dolları olub, bunun 33,5 milyon ABŞ dolları ixrac, 16,6 milyon ABŞ dolları idxal əməliyyatlarının payına düşür.
O deyib ki, bu gün Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma, metal emalı, maliyyə, sığorta, daşınmaz əmlak, energetika, zərgərlik məmulatlarının istehsalı, təmiri, qida və yüngül sənaye sahələrini əhatə edən 234 müəssisə fəaliyyət göstərir.
Özbəkistan İqtisadiyyat Assosiasiyasının rəhbəri Muxtar Umarov iki ölkə arasında iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolunda böyük potensialın olduğunu qeyd edərək, azərbaycanlı iş adamlarının Özbəkistanda investisiya yatırımları üçün yaxşı imkanların olduğunu söyləyib. M.Umarov ölkələrimizin biznes dairələri arasında görüşlərin faydalı olacağına inamını ifadə edərək, belə görüşlərin bundan sonra həm Daşkənddə, həm də Bakıda keçirilməsinin vacibliyini vurğulayıb.