https://sputnik.az/20220829/azerbaycanla-ozbekistan-arasinda-yol-xeritesi-imzalanib-445479319.html
Azərbaycanla Özbəkistan arasında yol xəritəsi imzalanıb
Azərbaycanla Özbəkistan arasında yol xəritəsi imzalanıb
Sputnik Azərbaycan
Azərbaycanın energetika naziri bildirib ki, Özbəkistanla münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində bu gün energetika sahəsində... 29.08.2022, Sputnik Azərbaycan
2022-08-29T18:22+0400
2022-08-29T18:22+0400
2022-08-29T18:22+0400
azərbaycan
siyasət
energetika naziri pərviz şahbazov
azərbaycan özbəkistan
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e6/07/03/443638713_0:0:3077:1731_1920x0_80_0_0_fa90a266f5306402fccbb09db9c3c177.jpg
BAKI, 29 avqust — Sputnik. Azərbaycan-Özbəkistan enerji əməkdaşlığının inkişafı ilə bağlı proseslərin sürətləndirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazovla ölkəmizdə səfərdə olan Özbəkistanın energetika nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Azim Ahmedxacayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə dövlət başçısının bu ilin iyun ayında Özbəkistana səfəri zamanı energetika sahəsində əməkdaşlıq üzrə əldə edilmiş razılaşmaların və verilən tapşırıqların icrasının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.Energetika naziri Pərviz Şahbazov ortaq tarixi-mədəni dəyərlərə malik ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafının əsasının qoyulduğu yeni reallıqlar dövründə enerji əməkdaşlığı üçün geniş imkanların qarşılıqlı dəyələndirilməsinin və birgə tərəfdaşlıqların qurulmasının vacibliyini qeyd edib. Nazir deyib ki, Azərbaycan Prezidentinin Özbəkistana tarixi dövlət səfəri strateji tərəfdaşlığımızın enerji sahəsində dərinləşdirilməsini aktuallaşdırıb. Daşkənd şəhərində hər iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu, bugünkü müzakirələr və energetikada birgə fəaliyyətimizin Yol Xəritəsi nəticəyönümlü tədbirlərin görülməsinə və çoxspektrli enerji əməkdaşlığının inkişafına töhfə verəcək.Energetika sektorunda ikitərəfli əməkdaşlığın yeni mərhələsində qarşıda mühüm vəzifələrin olduğunu deyən Azim Ahmedxacayev isə bildirib ki, Özbəkistan və Azərbaycan mütəxəssislərinin bərpaolunan enerji, karbohidrogen sektorunda təcrübəsi, ölkələrimizin ənənəvi dostluq münasibətləri və birgə səylər hər iki ölkədə energetika sektorunun, ümumilikdə iqtisadiyyatın inkişafına xidmət edəcək.Görüş çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb. Yol Xəritəsi Birgə İşçi Qrupunun yaradılması, azad edilmiş ərazilərdə əməkdaşlığı, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı da daxil olmaqla 30 istiqaməti əhatə edir. Sənədə əsasən, Azərbaycan və Özbəkistan enerji keçidi və dekarbonizasiya sahələri ilə yanaşı neft-qaz və kimya məhsullarının ixracı və idxalı, neft emalı, eləcə də geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq edəcəklər. Həmçinin özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə kimi sahələrdə bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, enerji tənzimləyici qurumlar arasında əməkdaşlıq da nəzərdə tutulur. Yol Xəritəsi üzrə tədbirlərin 2022-2023-cü illərdə həyata keçirilməsi planlaşdırılır.***Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb.Bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabatında paylaşım edib."Özbəkistanla münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində bu gün energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsini imzaladıq. Azad edilmiş ərazilər, yaşıl enerji çoxşaxəli əməkdaşlığımızda prioritet istiqamətlərdir", - paylaşımda qeyd olunur.Xatırladaq ki, ötən həftə Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Hökuməti ilə Özbəkistan Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində, sənaye sahəsində, hərbi sahədə və regionlararası əməkdaşlıq haqqında Saziş təsdiqlənib.Qeyd edək ki, həmin sənədlər 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.Bundan əlavə, dövlət başçısının daha bir fərmanı ilə 2022-ci il iyunun 20-də Daşkənd şəhərində imzalanan "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının "Özarxiv" Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/03/443638713_0:0:2729:2047_1920x0_80_0_0_bbd2657d99dd93246d6c0fd67e550650.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, energetika naziri pərviz şahbazov, azərbaycan özbəkistan, özbəkistan
azərbaycan, energetika naziri pərviz şahbazov, azərbaycan özbəkistan, özbəkistan
Azərbaycanla Özbəkistan arasında yol xəritəsi imzalanıb
Azərbaycanın energetika naziri bildirib ki, Özbəkistanla münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində bu gün energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsini imzalayıblar.
BAKI, 29 avqust — Sputnik. Azərbaycan-Özbəkistan enerji əməkdaşlığının inkişafı ilə bağlı proseslərin sürətləndirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazovla ölkəmizdə səfərdə olan Özbəkistanın energetika nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Azim Ahmedxacayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə dövlət başçısının bu ilin iyun ayında Özbəkistana səfəri zamanı energetika sahəsində əməkdaşlıq üzrə əldə edilmiş razılaşmaların və verilən tapşırıqların icrasının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.
Energetika naziri Pərviz Şahbazov ortaq tarixi-mədəni dəyərlərə malik ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafının əsasının qoyulduğu yeni reallıqlar dövründə enerji əməkdaşlığı üçün geniş imkanların qarşılıqlı dəyələndirilməsinin və birgə tərəfdaşlıqların qurulmasının vacibliyini qeyd edib.
Nazir deyib ki, Azərbaycan Prezidentinin Özbəkistana tarixi dövlət səfəri strateji tərəfdaşlığımızın enerji sahəsində dərinləşdirilməsini aktuallaşdırıb. Daşkənd şəhərində hər iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu, bugünkü müzakirələr və energetikada birgə fəaliyyətimizin Yol Xəritəsi nəticəyönümlü tədbirlərin görülməsinə və çoxspektrli enerji əməkdaşlığının inkişafına töhfə verəcək.
Energetika sektorunda ikitərəfli əməkdaşlığın yeni mərhələsində qarşıda mühüm vəzifələrin olduğunu deyən Azim Ahmedxacayev isə bildirib ki, Özbəkistan və Azərbaycan mütəxəssislərinin bərpaolunan enerji, karbohidrogen sektorunda təcrübəsi, ölkələrimizin ənənəvi dostluq münasibətləri və birgə səylər hər iki ölkədə energetika sektorunun, ümumilikdə iqtisadiyyatın inkişafına xidmət edəcək.
Görüş çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb. Yol Xəritəsi Birgə İşçi Qrupunun yaradılması, azad edilmiş ərazilərdə əməkdaşlığı, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı da daxil olmaqla 30 istiqaməti əhatə edir.
Sənədə əsasən, Azərbaycan və Özbəkistan enerji keçidi və dekarbonizasiya sahələri ilə yanaşı neft-qaz və kimya məhsullarının ixracı və idxalı, neft emalı, eləcə də geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq edəcəklər.
Həmçinin özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə kimi sahələrdə bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, enerji tənzimləyici qurumlar arasında əməkdaşlıq da nəzərdə tutulur. Yol Xəritəsi üzrə tədbirlərin 2022-2023-cü illərdə həyata keçirilməsi planlaşdırılır.
Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabatında paylaşım edib.
"Özbəkistanla münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində bu gün energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsini imzaladıq. Azad edilmiş ərazilər, yaşıl enerji çoxşaxəli əməkdaşlığımızda prioritet istiqamətlərdir", - paylaşımda qeyd olunur.
Xatırladaq ki, ötən həftə Prezident İlham Əliyevin imzaladığı fərmanla Azərbaycan Hökuməti ilə Özbəkistan Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində, sənaye sahəsində, hərbi sahədə və regionlararası əməkdaşlıq haqqında Saziş təsdiqlənib.
Qeyd edək ki, həmin sənədlər 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.
Bundan əlavə, dövlət başçısının daha bir fərmanı ilə 2022-ci il iyunun 20-də Daşkənd şəhərində imzalanan "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının "Özarxiv" Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.