Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Meşə yanğınları ilə bağlı vətəndaşlara müraciət edildi

© AP PhotoMeşə yanğını, arxiv şəkli
Meşə yanğını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Baş Prokurorluq ölkəmizdə baş verən meşə yanğınlarının əsas səbəblərindən birini açıqlayaraq bildirib ki, ehtiyatsızlıq səbəbindən baş verən yanğınlara görə şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
BAKI, 5 sentyabr — Sputnik. Baş Prokurorluq meşə yanğınları ilə bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə bildirilib ki, ölkəmizdə baş verən meşə yanğınlarının əsas səbəblərindən biri kənd təsərrüfatı bitkilərinin əkilməsindən əvvəl və ya yığılmasından sonra həmin torpaq sahəsinin təhlükəsizlik qaydalarına əməl edilmədən yandırılmasıdır:
"Ehtiyatsızlıq səbəbindən baş verən yanğınlara görə şəxslər inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilərlər".
Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Sentyabrın 2-dən etibarən isə Oğuz, Qəbələ və İsmayıllı rayonlarında meşə yanğınları baş verib.
Meşəlik ərazidə baş vermis yanğın söndürülüb - Sputnik Azərbaycan, 1920, 03.09.2022
HADİSƏ
Şəkidə yanğın törədən saxlanılıb, Zaqatala və İsmayıllıda yanğının qarşısı alınıb - VİDEO
Xəbər lenti
0