Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə yanğın törədən saxlanılıb, Zaqatala və İsmayıllıda yanğının qarşısı alınıb - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Meşəlik ərazidə baş vermis yanğın söndürülüb
Meşəlik ərazidə baş vermis yanğın söndürülüb - Sputnik Azərbaycan, 1920, 03.09.2022
Abunə olmaq
Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi tədbirləri davam etdirilir.
BAKI, 3 sentyabr - Sputnik. Zaqatalanın Yuxarı Tala kəndi istiqamətindəki, İsmayıllının isə Bəhliyan kəndi yaxınlığında baş vermiş yanğının yayılmasının qarşısı alınıb və hazırda yanğının söndürülməsi əməliyyatı davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, hazırda tüstü mənbələrinin söndürülməsi üzrə tədbirlər aparılır.
Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi tədbirləri davam etdirilir.
Yanğınlarla mübarizə əməliyyatında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzi və Aviasiya dəstəsinin ümumilikdə 430 nəfərə yaxın şəxsi heyəti və 21 ədəd texnikası, o cümlədən 3 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli kənd sakinləri iştirak edir.
Qeyd edək ki, bütün göstərilən yanğınlar mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə baş verib.
***
Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndləri ərazisində ümumilikdə bir fərdi yaşayış evinin, həmin evin həyətində olan “VAZ-2106” markalı avtomobilin,eləcə də iki tövlənin yanması barədə Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, məlumat daxil olan kimi dərhal polis şöbəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerlərinə cəlb edilib, yanğının ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə zamanı ev sakinləri olan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, tövlələrdə olan ümumilikdə 7 baş iribuynuzlu mal-qara tələf olub, eləcə də 1 400 ot bağlaması yanıb.
İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi müəyyən edilib. Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rahib Tağıyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.
Hazırda faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Yanğınsönüdürənlər meşəlik ərazidə baş vermis yanğınla mübarizəyə yollanır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.09.2022
HADİSƏ
Göygöldə dəhşətli yanğın - FHN əməliyyat görüntüləri yayıb
Xəbər lenti
0