Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karate üzrə Premyer Liqa turniri - 3 qızıl, 3 bürünc medal

© Sputnik / Murad OrujovBakıda Karate 1 Premyer Liqası
Bakıda Karate 1 Premyer Liqası - Sputnik Azərbaycan, 1920, 04.09.2022
Abunə olmaq
On iki kateqoriyada əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilər mübarizə aparıb.
BAKI, 4 sentyabr - Sputnik. Azərbaycan karateçiləri Bakıda keçirilən Karate1 Premyer Liqa turnirini 6 medalla başa vurublar. Azərtac-ın xəbərinə görə, mötəbər yarışda karateçilərimiz 3 qızıl və 3 bürünc medala sahib olublar.
Təmsilçilərimizdən Əminağa Quliyev (60 kiloqram), İrina Zaretska (68 kiloqram) və Asiman Qurbanlı (+84 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bürünc medalları isə yığmamıza Tural Ağalarzadə (67 kiloqram), Turqut Həsənov (84 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) qazandırıblar.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparıb.
© Sputnik / Murad OrujovНа турнире Премьер-лига Karate1 в Баку
На турнире Премьер-лига Karate1 в Баку - Sputnik Azərbaycan, 1920, 04.09.2022
На турнире Премьер-лига Karate1 в Баку
Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilib. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları yer alıblar.
Yarış kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilib.
On iki kateqoriyanın hər birində 32 idmançı mübarizə aparıb. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilər olub.
Xəbər lenti
0