CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Növbəti həftə 5 şəhər və rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

© Photo : AzeriGas Production Union"Azəriqaz" İB-nin binası, arxiv şəkli
Azəriqaz İB-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.09.2022
Abunə olmaq
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından istifadə edərək, öz problem və təkliflərini ifadə edə bilərlər.
BAKI, 3 sentyabr - Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi növbəti həftə (05-09.09.2022 tarixləri) daha 5 şəhər və rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
“Azəriqaz"dan verilən məlumata görə, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Samux şəhərində (İcra nümayəndəliyi, Arif Nəbiyev 54), 2-ci günü saat 15:00-dan 16:00-dək Gəncə şəhərində (Füzuli Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Goranboy şəhərində (Gənclər Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Göygöl şəhərində (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək Naftalan şəhərində (Nəriman Nərimanov Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Azəriqaz İB-nin binası qarşısında lövhə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.08.2022
CƏMİYYƏT
"Azəriqaz" müqavilələrə dair bildirişlərin göndərilməsinə münasibət bildirib
Xəbər lenti
0