https://sputnik.az/20220831/azeriqaz-muqavilelere-dair-bildirislerin-gonderilmesine-munasibet-bildirib-445567717.html
"Azəriqaz" müqavilələrə dair bildirişlərin göndərilməsinə münasibət bildirib
"Azəriqaz" müqavilələrə dair bildirişlərin göndərilməsinə münasibət bildirib
Sputnik Azərbaycan
Artıq evlərdə texniki müayinələrin keçirilməsi "Azəriqaz" İstehsalat Birliyinə tapşırılıb. 31.08.2022, Sputnik Azərbaycan
2022-08-31T22:59+0400
2022-08-31T22:59+0400
2022-08-31T22:59+0400
"azəriqaz"
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494724_0:211:3073:1939_1920x0_80_0_0_d83d13d90f0ed2c7ef1dd0e85c37e933.jpg
BAKI, 31 avqust — Sputnik. Son 10 gün ərzində "Azəriqaz" İstehsalat Birliyinin abonentlərinin bəzilərinə müqavilənin uzadılması ilə bağlı göndərilən SMS bildirişlər quruma ev və mənzillərdə texniki müayinələrin aparılması səlahiyyətlərinin verilməsi ilə bağlıdır.Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib."Son 10 gün ərzində bəzilərinizə müqavilələrin bağlanılması ilə bağlı SMS bildirişlər gəlir. Bu vacibdir, çünki, Prezidentin məlum sərəncamından sonra artıq evlərdə texniki müayinələrin keçirilməsi "Azəriqaz" İstehsalat Birliyinə tapşırılıb. Təhlükəsizliyin qorunması, bu işlərin daha məsuliyyətli həyata keçirilməsi üçün müqavilənin bağlanması vacibdir", - Ruslan Əliyev qeyd edib.Onun sözlərinə görə, bəzi abonentlərin müqavilələri AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) elektron bazasında əks olunmadığından onlara bildirişlər göndərilib ki, həmin abonentlərlə müqavilə bağlanılsın və sonra da onlar elektron formada işlənilsin: "Bu SMS bildirişlərlə bağlı bizə müxtəlif suallar olur, burada heç bir narahatçılıq yoxdur, sadəcə bu bir xəbərdarlıqdır. Sizdən xahişim budur ki, ASAN Xidmət mərkəzlərinə müraciət edəsiniz və öz müqavilələrinizi bağlayasınız. Çünki biz AGİS-də abunə bazasının elektron hissəsində SMS göndərilən həmin abonentlərin müqavilələrini görmürük. Həmin müqavilələr elektron formada işləndikdən sonra biz sizi bir daha bu məsələ ilə bağlı narahat etməyəcəyik, müqavilələr birdəfəlik bağlanılır. Əgər heç bir dəyişiklik olmasa, müqavilə avtomatik olaraq özü uzadılır".Xatırladaq ki, 25 fevral 2022-ci il tarixində Prezident İlham Əliyev "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb. Qanun 1 may 2022-ci il tarixindən qüvvəyə minib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/15/424494724_0:0:2731:2048_1920x0_80_0_0_38dce8098f2661a17e0d8a0221a8726d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
"azəriqaz"
"Azəriqaz" müqavilələrə dair bildirişlərin göndərilməsinə münasibət bildirib
Artıq evlərdə texniki müayinələrin keçirilməsi "Azəriqaz" İstehsalat Birliyinə tapşırılıb.
BAKI, 31 avqust — Sputnik. Son 10 gün ərzində "Azəriqaz" İstehsalat Birliyinin abonentlərinin bəzilərinə müqavilənin uzadılması ilə bağlı göndərilən SMS bildirişlər quruma ev və mənzillərdə texniki müayinələrin aparılması səlahiyyətlərinin verilməsi ilə bağlıdır.
Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib.
"Son 10 gün ərzində bəzilərinizə müqavilələrin bağlanılması ilə bağlı SMS bildirişlər gəlir. Bu vacibdir, çünki, Prezidentin məlum sərəncamından sonra artıq evlərdə texniki müayinələrin keçirilməsi "Azəriqaz" İstehsalat Birliyinə tapşırılıb. Təhlükəsizliyin qorunması, bu işlərin daha məsuliyyətli həyata keçirilməsi üçün müqavilənin bağlanması vacibdir", - Ruslan Əliyev qeyd edib.
Onun sözlərinə görə, bəzi abonentlərin müqavilələri AGİS (Avtomatlaşdırılmış Qaz İnformasiya Sistemi) elektron bazasında əks olunmadığından onlara bildirişlər göndərilib ki, həmin abonentlərlə müqavilə bağlanılsın və sonra da onlar elektron formada işlənilsin:
"Bu SMS bildirişlərlə bağlı bizə müxtəlif suallar olur, burada heç bir narahatçılıq yoxdur, sadəcə bu bir xəbərdarlıqdır. Sizdən xahişim budur ki, ASAN Xidmət mərkəzlərinə müraciət edəsiniz və öz müqavilələrinizi bağlayasınız. Çünki biz AGİS-də abunə bazasının elektron hissəsində SMS göndərilən həmin abonentlərin müqavilələrini görmürük. Həmin müqavilələr elektron formada işləndikdən sonra biz sizi bir daha bu məsələ ilə bağlı narahat etməyəcəyik, müqavilələr birdəfəlik bağlanılır. Əgər heç bir dəyişiklik olmasa, müqavilə avtomatik olaraq özü uzadılır".
Xatırladaq ki, 25 fevral 2022-ci il tarixində Prezident İlham Əliyev "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb. Qanun 1 may 2022-ci il tarixindən qüvvəyə minib.