https://sputnik.az/20220902/xezer-bizden-uzaqlasir-denizin-suyu-20-25-sm-enib-445641656.html
Xəzər bizdən uzaqlaşır: Dənizin suyu 20-25 sm enib
Xəzər bizdən uzaqlaşır: Dənizin suyu 20-25 sm enib
Sputnik Azərbaycan
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Xəzərdə suyun azalmasının səbəblərini açıqlayıb. 02.09.2022, Sputnik Azərbaycan
2022-09-02T20:20+0400
2022-09-02T20:20+0400
2022-09-02T20:20+0400
xəzər
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443533011_0:104:2000:1229_1920x0_80_0_0_12d284a8b86660855cb2f52159c6d9fb.jpg
BAKI, 2 sentyabr — Sputnik. Xəzər dənizinin səviyyə tərəddüdü aktual olaraq qalır. Bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib. Onun sözlərinə görə, 2005-ci ildən bu günə qədər dənizin suyunda 20-25 sm-dək enmə müşahidə edilib:"Bu səviyyə tərəddüdü, ilk növbədə, iqlim faktoru ilə əlaqədardır. Digər faktor isə Xəzərin geomorfoloji quruluşudur. Həmçinin dəniz üzərindəki atmosferin də serkulyasiyası bu azalmaya təkan verən hallardır".Xatırladaq ki, ötən ay AMEA-nın akademiki Fəxrəddin Qədirov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı qeyd edib ki, 100 il əvvəl Xəzərin səviyyəsi indikinə nisbətən 2 metr yüksək olub.Akademik vurğulayıb ki, 2005-ci ildən etibarən hər il səviyyə 10 sm enir:"XX əsrin 30-cu illərində səviyyə 1,5 metr aşağı enib, 1978-1995-ci illər arasında 2,7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir".Bu günlərdə sosial şəbəkə istifadəçiləri Xəzərin Qazaxıstan sahillərində dənizin kilometrlərlə geri çəkildiyini və yüzlərlə balığın öldüyünü əks etdirən videolar paylaşıblar.Son günlər Xəzərin Azərbaycan sahillərində də dənizin bir neçə metr geri çəkildiyi deyilir. Bakı və Abşeron sahillərində ötən gün dənizin 10 metrdən çox geri çəkildiyi müşahidə edilib.
https://sputnik.az/20220831/xezerde-felaket-deniz-kilometrlerle-geri-cekilib---vdeo-445532895.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443533011_112:0:1889:1333_1920x0_80_0_0_f6f7b3ade19bf71c322295aa1cf6c7b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəzər
Xəzər bizdən uzaqlaşır: Dənizin suyu 20-25 sm enib
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov Xəzərdə suyun azalmasının səbəblərini açıqlayıb.
BAKI, 2 sentyabr — Sputnik. Xəzər dənizinin səviyyə tərəddüdü aktual olaraq qalır. Bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib. Onun sözlərinə görə, 2005-ci ildən bu günə qədər dənizin suyunda 20-25 sm-dək enmə müşahidə edilib:
"Bu səviyyə tərəddüdü, ilk növbədə, iqlim faktoru ilə əlaqədardır. Digər faktor isə Xəzərin geomorfoloji quruluşudur. Həmçinin dəniz üzərindəki atmosferin də serkulyasiyası bu azalmaya təkan verən hallardır".
Xatırladaq ki, ötən ay AMEA-nın akademiki Fəxrəddin Qədirov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı qeyd edib ki, 100 il əvvəl Xəzərin səviyyəsi indikinə nisbətən 2 metr yüksək olub.
Akademik vurğulayıb ki, 2005-ci ildən etibarən hər il səviyyə 10 sm enir:
"XX əsrin 30-cu illərində səviyyə 1,5 metr aşağı enib, 1978-1995-ci illər arasında 2,7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir".
Bu günlərdə sosial şəbəkə istifadəçiləri Xəzərin Qazaxıstan sahillərində dənizin kilometrlərlə geri çəkildiyini və yüzlərlə balığın öldüyünü əks etdirən videolar paylaşıblar.
Son günlər Xəzərin Azərbaycan sahillərində də dənizin bir neçə metr geri çəkildiyi deyilir. Bakı və Abşeron sahillərində ötən gün dənizin 10 metrdən çox geri çəkildiyi müşahidə edilib.