https://sputnik.az/20220831/xezerde-felaket-deniz-kilometrlerle-geri-cekilib---vdeo-445532895.html
Xəzərdə fəlakət: dəniz kilometrlərlə geri çəkilib - VİDEO
Xəzərdə fəlakət: dəniz kilometrlərlə geri çəkilib - VİDEO
Sputnik Azərbaycan
Xəzər dənizinin Qazaxıstan sahillərində vəziyyət çox acınacaqlıdır, Azərbaycan sahillərində də ürəkaçan deyil. 31.08.2022, Sputnik Azərbaycan
2022-08-31T11:49+0400
2022-08-31T11:49+0400
2022-08-31T12:04+0400
xəzər
cəmiyyət
amea
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426118121_0:244:3072:1972_1920x0_80_0_0_8f9f1c422c31389ebeef3b588ab8d293.jpg
BAKI, 31 avqust — Sputnik. Xəzər dənizinin Qazaxıstan sahillərində su kilometrlərlə geri çəkilib.Bu barədə sosial şəbəkədə video və məlumatlar yayılıb.Sözügedən videolarda dənizin kilometrlərlə geri çəkildiyi və yüzlərlə balığın öldüyü görünür.Xatırladaq ki, ötən ay AMEA-nın akademiki Fəxrəddin Qədirov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı qeyd edib ki, 100 il əvvəl Xəzərin səviyyəsi indikinə nisbətən 2 metr yüksək olub.Akademik vurğulayıb ki, 2005-ci ildən etibarən hər il səviyyə 10 sm enir: "XX əsrin 30-cu illərində səviyyə 1,5 metr aşağı enib, 1978-1995-ci illər arasında 2,7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir".Son günlər Xəzərin Azərbaycan sahillərində də dənizin bir neçə metr geri çəkildiyi müşahidə edilir. Bakı və Abşeron sahillərində ötən gün dənizin 10 metrdən çox qədər geri çəkildiyi müşahidə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426118121_207:0:2938:2048_1920x0_80_0_0_ffb28c95046a60b9324fc46cb65abf93.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəzər, amea, qazaxıstan
Xəzərdə fəlakət: dəniz kilometrlərlə geri çəkilib - VİDEO
11:49 31.08.2022 (Yenilənib: 12:04 31.08.2022) Xəzər dənizinin Qazaxıstan sahillərində vəziyyət çox acınacaqlıdır, Azərbaycan sahillərində də ürəkaçan deyil.
BAKI, 31 avqust — Sputnik. Xəzər dənizinin Qazaxıstan sahillərində su kilometrlərlə geri çəkilib.
Bu barədə sosial şəbəkədə video və məlumatlar yayılıb.
Sözügedən videolarda dənizin kilometrlərlə geri çəkildiyi və yüzlərlə balığın öldüyü görünür.
Xatırladaq ki, ötən ay AMEA-nın akademiki Fəxrəddin Qədirov "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı qeyd edib ki, 100 il əvvəl Xəzərin səviyyəsi indikinə nisbətən 2 metr yüksək olub.
Akademik vurğulayıb ki, 2005-ci ildən etibarən hər il səviyyə 10 sm enir:
"XX əsrin 30-cu illərində səviyyə 1,5 metr aşağı enib, 1978-1995-ci illər arasında 2,7 metr yüksəlmə baş verib. 2005-ci ildən başlayaraq isə ildə səviyyə 10 sm enməkdədir. Bu dəyişmə 25-30 il davam edərsə, Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə rastlaşa bilər. Xəzər dənizinin səviyyə dəyişmələrində müəyyən zaman intervallarında trendlər müşahidə olunsa da, bunların üzərində fluktuasiya dəyişmələri də müşahidə edilir".
Son günlər Xəzərin Azərbaycan sahillərində də dənizin bir neçə metr geri çəkildiyi müşahidə edilir. Bakı və Abşeron sahillərində ötən gün dənizin 10 metrdən çox qədər geri çəkildiyi müşahidə edilib.