SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfərə gedib
 - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Azərbaycanın dövlət başçısını İtaliya hökumətinin rəsmi nümayəndələri yola salıblar.
BAKI, 2 sentyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasına işgüzar səfəri sentyabrın 2-də başa çatıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısını İtaliya hökumətinin rəsmi nümayəndələri yola salıblar.
Qeyd edək ki, Azərbaycan prezidentinin İtaliya səfəri sentyabrın 1-də baş tutub. İlham Əliyev Romaya İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti əsasında səfər edib.
İ.Əliyev sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışında iştirak edib.
Sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Prezidenti İlham Əliyev bu tədbirə də qatılıb və orada çıxış edib.
Həmin gün İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşüb.
Azərbaycan Prezidenti sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumuna qatılıb.
İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The European House – Ambrosetti" beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.
Dövlətimizin başçısı forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edib.
İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib - Sputnik Azərbaycan, 1920, 02.09.2022
SİYASƏT
İlham Əliyev: Biz beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük
Xəbər lenti
0