SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Biz beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük

© Official website of President of Azerbaijan Republicİlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib
İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Prezident İlham Əliyev yeni qlobal dünya düzənində Azərbaycanın və şəxsən onun mövqeyinin necə şəkillənəcəyini izah edib.
BAKI, 2 sentyabr — Sputnik. "Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The European House – Ambrosetti" beyin mərkəzinin dəvəti ilə olduğu beynəlxalq forumda deyib.
İclasın moderatoru Monika Maggioni İlham Əliyevdən yeni qlobal dünya düzənində Azərbaycanın və şəxsən onun mövqeyinin necə şəkillənəcəyini soruşub.
Azərbaycan Prezidenti isə cavabında deyib:
"Bu, bir çox məsələlərdən asılıdır. Təbii ki, yeni qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axımla gedəcəyi bu amillərdən asılıdır - Ukraynada müharibə nə qədər müddət davam edəcək, bu savaşın sonu necə bitəcək, dünyadakı və təbii ki, regiondakı güclərin balansı hansı şəkildə olacaq? Yeni müstəqil bir ölkə kimi, özümüzü xarici amillərdən müdafiə etmək bizim üçün əsas məsələ olacaq. Çünki bizim ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün maraqlıdır. Odur ki, biz vəziyyətə nəzarət edirik.
Təbii ki, addımlarımızı öz strategiyamıza uyğun atacağıq. Eyni zamanda, biz dünyanın dəyişməsi faktına əhəmiyyət verməyə bilmərik. Həmçinin beynəlxalq hüquq normalarının tamamilə pozulduğunu görürük. Bu beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulmuşdur. Biz torpaqlarımız işğal altında olarkən beynəlxalq ictimaiyyətə fəal şəkildə müraciət etmişdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Biz görürük, bəzi ölkələr düşünür ki, onlar buna məhəl qoymaya bilərlər və buna əhəmiyyət vermirlər. Beləliklə də bu, tamamilə yeni situasiyadır. Dünyanın yeni düzəni necə olacaq? Beynəlxalq institutlar, Birləşmiş Millətlər Təşkilatı necə olacaq? O, yenidən qurulacaq, ya başqa bir təşkilat ortaya çıxacaq? Bunların hamısı dünyada yeni fikirləri təşviq etmə gücünə malik olanların məsuliyyətindədir".
İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib - Sputnik Azərbaycan, 1920, 02.09.2022
SİYASƏT
Müharibə başlayandan ondan artıq ölkədən rəsmi müraciətlər almışıq - İlham Əliyev
Xəbər lenti
0