Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ali məktəbə qəbul olanlar üçün qeydiyyat başlayıb

© Depositphotos.com / Ilfedesənəd
sənəd - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
BAKI, 2 sentyabr — Sputnik. Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesi başlayıb.
Abituriyentlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Elektron sistem üzrə qeydiyyat sentyabrın 12-si saat 23:59-da yekunlaşacaq.
Qeyd edək ki, müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Məlumat üçün bildirək ki, bu il qruplar üzrə cəmi 95,22 faiz yer tutulub: "I qrup üzrə 97,99%, II qrupda 95,70%, III qrupda 93,25%, IV qrpda 92,81%, V qrup üzrə isə 92,29% yer tutulub".
İimtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.09.2022
TƏHSİL
Bu gün ali məktəblərə qəbul olanların qeydiyyatı başlanır
Xəbər lenti
0