Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu gün ali məktəblərə qəbul olanların qeydiyyatı başlanır

© Sputnik / Murad Orujovİimtahan, arxiv şəkli
İimtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Abituriyentlərin qeydiyyat sistemində həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərin təhsil haqqı ilə bağlı ayrıca bölmə var.
BAKI, 2 sentyabr — Sputnik. Bu gün saat 12:00-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start veriləcək.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, abituriyentlər https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər.
Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da yekunlaşacaq.
Xəbər lenti
0