https://sputnik.az/20220831/susada-kecirilecek-ilk-beynelxalq-sahmat-turnirinin-istirakcilarinin-adi-tesdiqlenib-445560217.html
Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçılarının adı təsdiqlənib
Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçılarının adı təsdiqlənib
Sputnik Azərbaycan
Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan "Shusha Chess 2022" beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında... 31.08.2022, Sputnik Azərbaycan
2022-08-31T23:50+0400
2022-08-31T23:50+0400
2022-08-31T23:50+0400
şuşa
idman
şahmat
şahmat turniri
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373126_0:329:2929:1977_1920x0_80_0_0_5e3221fc960163984b9a24c14e094b1d.jpg
BAKI, 31 avqust — Sputnik. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçılarının adı təsdiqlənib.Federasiyadan bildiriblər ki, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan "Shusha Chess 2022" beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.Kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri, üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşadək şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli, o cümlədən Asiya çempionu Hao Vanq (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Gujrathi Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FİDE dünya çempionu Rüstəm Kasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə Türkiyənin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak edəcəklər.Qadınların yarışında milli komandamızın üzvləri, Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, eyni zamanda, Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadzka (Polşa), yeniyetmələr arasında dünya və Avropa çempionu Nurgül Səlimova (Bolqarıstan), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) mübarizə aparacaqlar.Qeyd edək ki, "Shusha Chess 2022" beynəlxalq şahmat turniri sentyabrın 21-24-də keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373126_0:0:2731:2048_1920x0_80_0_0_6a50669592592e7a6c095d0aa79ff511.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
şuşa, şahmat, şahmat turniri
şuşa, şahmat, şahmat turniri
Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçılarının adı təsdiqlənib
Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan "Shusha Chess 2022" beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçiriləcək.
BAKI, 31 avqust — Sputnik. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçılarının adı təsdiqlənib.
Federasiyadan bildiriblər ki, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan "Shusha Chess 2022" beynəlxalq şahmat turniri iki kateqoriyada - kişilər və qadınlar arasında keçiriləcək. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.
Kişi şahmatçıların yarışında Azərbaycan milli komandasının üzvləri, üçqat Avropa çempionları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və 18 yaşadək şahmatçılar arasında Avropa çempionu Vasif Durarbəyli, o cümlədən Asiya çempionu Hao Vanq (Çin), 20 yaşa qədər şahmatçılar arasında dünya çempionu Santoş Gujrathi Vidit (Hindistan), gənclər arasında dünya çempionatının qalibi Parham Maqsudlu (İran), FİDE dünya çempionu Rüstəm Kasımcanov (Özbəkistan) və Türkiyə çempionu, 2021-ci ildə Türkiyənin ən yaxşı şahmatçısı seçilən Mustafa Yılmaz iştirak edəcəklər.
Qadınların yarışında milli komandamızın üzvləri, Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, eyni zamanda, Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadzka (Polşa), yeniyetmələr arasında dünya və Avropa çempionu Nurgül Səlimova (Bolqarıstan), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) mübarizə aparacaqlar.
Qeyd edək ki, "Shusha Chess 2022" beynəlxalq şahmat turniri sentyabrın 21-24-də keçiriləcək.