https://sputnik.az/20220831/azerbaycan-ozbekistanla-iqtisadi-elaqeleri-genislendirir-445548305.html
Azərbaycan Özbəkistanla iqtisadi əlaqələri genişləndirir
Azərbaycan Özbəkistanla iqtisadi əlaqələri genişləndirir
Sputnik Azərbaycan
Ticarətin artırılması ilə yanaşı, üçüncü ölkələrə birgə ixrac, eləcə də Özbəkistan məhsullarının Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etməklə... 31.08.2022, Sputnik Azərbaycan
2022-08-31T19:17+0400
2022-08-31T19:17+0400
2022-08-31T19:17+0400
azərbaycan
siyasət
azərbaycan özbəkistan
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_0:321:3071:2048_1920x0_80_0_0_fdebf1f8b62d01842897db6f5e44205d.jpg
BAKI, 31 avqust — Sputnik. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistanın energetika nazirinin birinci müavini Azim Axmedhacayevlə görüşüb.Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə önəm verildiyi vurğulanıb, əlaqələrimizin inkişaf istiqamətləri barədə məlumat verilib, əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub.Diqqətə çatdırılıb ki, uğurla inkişaf edən iqtisadi-ticarət, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlər, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. Tərəfdaşlığın inkişafında Birgə Hökumətlərarası Komissiya da əlverişli platformadır. İş adamları arasında əlaqələrin genişlənməsində təşkil edilən biznes forumlar və işgüzar görüşlər faydalıdır.Görüşdə, həmçinin iki ölkə arasında ticarətin artırılması ilə yanaşı, üçüncü ölkələrə birgə ixrac, eləcə də Özbəkistan məhsullarının Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etməklə ixracı, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə edilib.Azim Axmedhacayev qarşılıqlı səfərlərin, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu, Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmini diqqətə çatdırıb.Görüşdə "Uzbekneftqaz" SC sədrinin transformasiya məsələləri üzrə birinci müavini Bexzod Usmanov energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.Tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
https://sputnik.az/20220829/azerbaycanla-ozbekistan-arasinda-yol-xeritesi-imzalanib-445479319.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_333:0:3064:2048_1920x0_80_0_0_360e3e838f4e9b858776cb8d68f44e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, azərbaycan özbəkistan, özbəkistan
azərbaycan, azərbaycan özbəkistan, özbəkistan
Azərbaycan Özbəkistanla iqtisadi əlaqələri genişləndirir
Ticarətin artırılması ilə yanaşı, üçüncü ölkələrə birgə ixrac, eləcə də Özbəkistan məhsullarının Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etməklə ixracı müzakirə edilib.
BAKI, 31 avqust — Sputnik. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistanın energetika nazirinin birinci müavini Azim Axmedhacayevlə görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə önəm verildiyi vurğulanıb, əlaqələrimizin inkişaf istiqamətləri barədə məlumat verilib, əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub.
Diqqətə çatdırılıb ki, uğurla inkişaf edən iqtisadi-ticarət, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlər, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. Tərəfdaşlığın inkişafında Birgə Hökumətlərarası Komissiya da əlverişli platformadır. İş adamları arasında əlaqələrin genişlənməsində təşkil edilən biznes forumlar və işgüzar görüşlər faydalıdır.
Görüşdə, həmçinin iki ölkə arasında ticarətin artırılması ilə yanaşı, üçüncü ölkələrə birgə ixrac, eləcə də Özbəkistan məhsullarının Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etməklə ixracı, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə edilib.
Azim Axmedhacayev qarşılıqlı səfərlərin, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu, Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmini diqqətə çatdırıb.
Görüşdə "Uzbekneftqaz" SC sədrinin transformasiya məsələləri üzrə birinci müavini Bexzod Usmanov energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
Tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparıblar.