https://sputnik.az/20220830/millimiz-cexiyada-oz-sozunu-deyecek---bas-mesqci-445520581.html
Millimiz Çexiyada öz sözünü deyəcək - Baş məşqçi
Millimiz Çexiyada öz sözünü deyəcək - Baş məşqçi
Sputnik Azərbaycan
Gənclərdən ibarət milli komandanın baş məşqçisi Elxan Məmmədov Azərbaycanın Çexiyada qələbə qazanacağına ümid edir 30.08.2022, Sputnik Azərbaycan
2022-08-30T18:23+0400
2022-08-30T18:23+0400
2022-08-30T18:23+0400
cüdo
idman
milli
https://cdnn1.img.sputnik.az/img/42356/87/423568753_0:199:1850:1240_1920x0_80_0_0_f2a2babea7d71ecb3d34df33b6c3426a.jpg
BAKI, 30 avqust — Sputnik. Millimiz Çexiyada öz sözünü deyəcək.Bunu "Report"a açıqlamasında Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədov deyib.Dünya çempionu hazırda Göygöl Olimpiya Kompleksində keçirilən təlim-məşq toplanışının 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqada təşkil olunacaq gənclər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıdığını bildirib: "Artıq bir həftədir ki, təlim-məşq toplanışındayıq. Burada Özbəkistan, İsrail, Niderland, Tacikistan kimi ölkələr bizimlə birlikdə hazırlıq keçir. Belə təlimlər bizim üçün çox faydalıdır. Hazırlığımız davam edir. Qarşıda bizi Avropa çempionatı gözləyir".Qitə birinciliyinə 9 cüdoçunun yollanacağını deyən Məmmədov komandadan uğurlu çıxış gözlədiyini bildirib: "Əminəm ki, millimiz orada öz sözünü deyəcək".Xatırladaq ki, avqustun 17-də Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42356/87/423568753_197:0:1850:1240_1920x0_80_0_0_26341b07a9f55069e6787da3489708e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cüdo, milli
Millimiz Çexiyada öz sözünü deyəcək - Baş məşqçi
Gənclərdən ibarət milli komandanın baş məşqçisi Elxan Məmmədov Azərbaycanın Çexiyada qələbə qazanacağına ümid edir
BAKI, 30 avqust — Sputnik. Millimiz Çexiyada öz sözünü deyəcək.
Bunu "Report"a açıqlamasında Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədov deyib.
Dünya çempionu hazırda Göygöl Olimpiya Kompleksində keçirilən təlim-məşq toplanışının 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqada təşkil olunacaq gənclər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıdığını bildirib: "Artıq bir həftədir ki, təlim-məşq toplanışındayıq. Burada Özbəkistan, İsrail, Niderland, Tacikistan kimi ölkələr bizimlə birlikdə hazırlıq keçir. Belə təlimlər bizim üçün çox faydalıdır. Hazırlığımız davam edir. Qarşıda bizi Avropa çempionatı gözləyir".
Qitə birinciliyinə 9 cüdoçunun yollanacağını deyən Məmmədov komandadan uğurlu çıxış gözlədiyini bildirib: "Əminəm ki, millimiz orada öz sözünü deyəcək".
Xatırladaq ki, avqustun 17-də Azərbaycan çempionu "Qarabağ" Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb.