https://sputnik.az/20220830/azerbaycanli-sahmatci-avropa-cempionatinin-liderleri-sirasina-daxil-olub-445515241.html
Azərbaycanlı şahmatçı Avropa çempionatının liderləri sırasına daxil olub
Azərbaycanlı şahmatçı Avropa çempionatının liderləri sırasına daxil olub
Sputnik Azərbaycan
Günay Məmmədzadə Praqada keçirilən qitə çempionatının ikinci turunda Ermənistan təmsilçisinə qalib gələrək ikinci yeri tutub. 30.08.2022, Sputnik Azərbaycan
2022-08-30T17:35+0400
2022-08-30T17:35+0400
2022-08-30T17:35+0400
azərbaycan
idman
şahmat
şahmatçı
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229404_0:26:3072:1754_1920x0_80_0_0_30a89794f2c9f798e7134bf281e52648.jpg
BAKI, 30 avqust — Sputnik. Praqada qadınlar arasında keçirilən Avropa çempionatında Azərbaycan şahmatçısı Günay Məmmədzadə (2466) liderlər sırasındadır.Avropa çempionatının başa çatmasına iki tur qalmış o, yeddi xal toplayıb və lider olan polyak Monika Soçkodan (2423) yarım xal geri qalaraq ikinci yerin sahibi olub. Doqquzuncu tur çərçivəsində azərbaycanlı şahmatçı erməni şahmatçısı Mariya Gevorkyanı (2210) məğlub edib, əvvəlki görüşdə isə Soçkoya uduzub.Ümumilikdə, doqquz turda Günay altı oyunda qalib gəlib, iki görüşü heç-heçə ilə bitirib, bir oyunda isə məğlub olub.Onuncu tur çərçivəsində Məmmədzadə erməni şahmatçısı Elina Danielyanla (2441) qara rəngli fiqurlarla oynayacaq.Azərbaycanın daha iki təmsilçisi - Ülviyyə Fətəliyeva (2413) və Gülnar Məmmədova (2380) hər biri 6,5 xal toplayaraq, müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıblar. Məmmədzadədən fərqli olaraq, onlar heç bir oyunda uduzmayıblar, sadəcə olaraq oyunda daha az qalib gəliblər. Onlar dörd qələbə və beş heç-heçə ilə nəticələnən oyunlar sərgiləyiblər.Bundan başqa, daha iki azərbaycanlı şahmatçı Xanım Balacayeva (2344) və Gövhər Beydullayeva (2339) hər biri altı xal toplayaraq, müvafiq olaraq 19-cu və 17-ci pillələrdə qərarlaşıblar.https://az.sputniknews.ru/20220830/shakhmatistka-iz-azerbaydzhana-voshla-v-chislo-liderov-chempionata-evropy-445505457.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229404_341:0:3072:2048_1920x0_80_0_0_c4ce182a0b01c45d2830e52d6741ff32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, şahmat, şahmatçı
azərbaycan, şahmat, şahmatçı
Azərbaycanlı şahmatçı Avropa çempionatının liderləri sırasına daxil olub
Günay Məmmədzadə Praqada keçirilən qitə çempionatının ikinci turunda Ermənistan təmsilçisinə qalib gələrək ikinci yeri tutub.
BAKI, 30 avqust — Sputnik. Praqada qadınlar arasında keçirilən Avropa çempionatında Azərbaycan şahmatçısı Günay Məmmədzadə (2466) liderlər sırasındadır.
Avropa çempionatının başa çatmasına iki tur qalmış o, yeddi xal toplayıb və lider olan polyak Monika Soçkodan (2423) yarım xal geri qalaraq ikinci yerin sahibi olub. Doqquzuncu tur çərçivəsində azərbaycanlı şahmatçı erməni şahmatçısı Mariya Gevorkyanı (2210) məğlub edib, əvvəlki görüşdə isə Soçkoya uduzub.
Ümumilikdə, doqquz turda Günay altı oyunda qalib gəlib, iki görüşü heç-heçə ilə bitirib, bir oyunda isə məğlub olub.
Onuncu tur çərçivəsində Məmmədzadə erməni şahmatçısı Elina Danielyanla (2441) qara rəngli fiqurlarla oynayacaq.
Azərbaycanın daha iki təmsilçisi - Ülviyyə Fətəliyeva (2413) və Gülnar Məmmədova (2380) hər biri 6,5 xal toplayaraq, müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşıblar. Məmmədzadədən fərqli olaraq, onlar heç bir oyunda uduzmayıblar, sadəcə olaraq oyunda daha az qalib gəliblər. Onlar dörd qələbə və beş heç-heçə ilə nəticələnən oyunlar sərgiləyiblər.
Bundan başqa, daha iki azərbaycanlı şahmatçı Xanım Balacayeva (2344) və Gövhər Beydullayeva (2339) hər biri altı xal toplayaraq, müvafiq olaraq 19-cu və 17-ci pillələrdə qərarlaşıblar.
https://az.sputniknews.ru/20220830/shakhmatistka-iz-azerbaydzhana-voshla-v-chislo-liderov-chempionata-evropy-445505457.html