Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı şahmatçı erməni rəqibini məğlub edib

© Sputnik / Murad OrujovŞahmat oyunu
Şahmat oyunu - Sputnik Azərbaycan, 1920, 29.08.2022
Abunə olmaq
Azərbaycan şahmatçısı Günay Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.
BAKI, 29 avqust - Sputnik. Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.
Məmmədzadə IX turda Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.
Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.
Hazırda Ülviyyə Fətəliyevanın Monika Soçko (Polşa) və Səbinə İbrahimovanın Noqa Orian (İsrail) ilə görüşü davam edir.
Qeyd edək ki, Avropa çempionatına avqustun 31-də yekun vurulacaq (Report).
Xəbər lenti
0