Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qazlı içkilərin mütəmadi istifadəsi xroniki xəstəliklərə səbəb olur

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidQazlı içkilər
Qazlı içkilər - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Abunə olmaq
Araşdırmalar nəticəsində məlum olub ki, şüşə qablarda olan mineral sular tərkibini itirmir.
BAKI, 28 avqust - Sputnik. Qazlı sulardan həzm prosesini sürətləndirmək, xoşbəxtlik hormonunu artırmaq və orqanizmin immun şəbəkəsini yüksəltmək üçün istifadə edilir. Mütəxəssislərin apardıqları apaşdırmalar nəticəsində məlum olub ki, həftə ərzində keyfiyyətsiz qazlı su içmək insanlarda asılılığın yaranmasına səbəb olur. Həmin içkilərin tərkibində olan limon turşusu mədənin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, mədə xorası və digər xəstəliklərin yaranmasına aparıb çıxarır.
AZƏRTAC xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova deyib: “Qazlı içkilərin mütəmadi istifadəsi xroniki xəstəliklərə səbəb olur. Həmin xəstəliklər arasında, ilk növbədə, artıq çəkinin yaranması durur. Araşdırmalar göstərir ki, mütəmadi qazlı içki qəbul edənlərdə piylənmə normal insanlara nisbətən 1,6 dəfə çoxdur. Qazlı içkilərin tərkibindəki şəkər qəbul edildikdən ani bir müddət sonra şəkərin yüksəlməsinə səbəb olur, nəticədə insulin rezistentliyi, gələcəkdə isə onun fonunda şəkərli diabet inkişaf edir”.
Həkimlərin həmin içkilərin əvəzinə orqanizmə xeyirli olan təbii süfrə suyunun qəbul edilməsini məsləhət görür. Natriumla zəngin təbii süfrə suları təzyiqi aşağı olanlara müsbət təsir göstərir. Yuxarı təzyiqi olanlar isə ona limon əlavə edərək qəbul edə bilərlər. Həmin suların tərkibi kalium, maqnezium, natrium, kükürd və bir çox başqa elementlərlə zəngindir. “Su qəbul etmək beyində hipoksiyanın, təzyiqin aşağı düşməsinin qarşısını alır və bir sıra müsbət təsirləri var. Adi qazlaşdırılmış sudan istifadə etmək qazlaşdırılmış şirəli sudan daha yaxşıdır”, - deyə həkim-endokrinoloq bildirib.
Araşdırmalar nəticəsində məlum olub ki, şüşə qablarda olan mineral sular tərkibini itirmir. Belə şüşə qabların daha çox tünd rəngdə olması qazlı suyun tərkibini itirməsini minimuma endirir. Mütəxəssislər həmin mineral suların yalnız yeməkdən sonra həzm prosesini yaxşılaşdırmaq üçün istifadəsini tövsiyə edirlər.
Kakao, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.06.2023
SƏHİYYƏ
Təmiz kakaonun orqanizmə hansı faydaları var?
Xəbər lenti
0