https://sputnik.az/20230604/temiz-kakaonun-orqanizme-hansi-faydalari-var-434964678.html
Təmiz kakaonun orqanizmə hansı faydaları var?
Təmiz kakaonun orqanizmə hansı faydaları var?
Sputnik Azərbaycan
Kakaoda olan melonin dərini günəş şüalarının təsirindən qoruyur. Nikotin turşusu isə saçların keyfiyyətini yaxşılaşdırır. Bu məhsuldan həmçinin dəri üçün... 04.06.2023, Sputnik Azərbaycan
2023-06-04T10:29+0400
2023-06-04T10:29+0400
2023-06-04T23:25+0400
kakao
səhiyyə
diyetoloq
https://cdnn1.img.sputnik.az/img/41793/62/417936241_0:72:3077:1803_1920x0_80_0_0_39fb5da1ee266ec461413c22bbb98d3c.jpg
BAKI, 4 iyun — Sputnik. Diyetoloq Lyudmila Mikityuk RİA Novosti-yə kakaonun çoxşaxəli faydalı xüsusiyyətlərindən danışıb və bu məhsulun çatışmazlığı barədə xəbərdarlıq edib.Mütəxəssis vurğulayıb ki, söhbət narın üyüdülmüş təbii kakao məhlulundan gedir, çünki həll olunan içkinin tərkibində "kimyəvi boyalar var və onun tərkibindəki fayda 20%-dən çox deyil"."Kakao tozunun tərkibi əzələ fəaliyyətini normalaşdıran və qan azlığı olan insanlara kömək edən, sümük toxumasının sıxlığını təmin edən, uşaqların aktiv böyümə dövründə və hamilə qadınlara lazım olan, pis xolesterini çıxaran və qaraciyəri təmizləyən, cinsi hormonlara müsbət təsir göstərən, hüceyrələrin bölünməsini və toxumaların böyüməsini təmin edən, onkoloji xəstəliyin qarşısını alan, tərkibində antioksidantlar olan, yaraların sürətli sağalmasına kömək edən vitamin və minerallarla zəngindir", - deyə Mikityuk bildirib.Diyetoloqun sözlərinə görə, kollegen molekullarını bağladıqları üçün fenol və prosiyanidinlər sayəsində dəri cavanlaşır və onun elastikliyini təmin edir. Kakaoda olan melonin dərini günəş şüalarının təsirindən qoruyur. Nikotin turşusu isə saçların keyfiyyətini yaxşılaşdırır. Bu məhsuldan həmçinin dəri üçün maskalar da hazırlamaq olar. "İspan alimləri kakaonun qaraciyər sirrozu və fibrozunda faydalarını da sübut ediblər", - deyə diyetoloq bildirib. Mikityuk onu da əlavə edib ki, kakaoya süd və şəkər əlavə etdikdə bu, kifayət qədər kalorili içki olur. Buna görə də kakaonu səhər vaxtı içmək daha məsləhətdir. Səhərlər insan orqanizmində bioloji ritmlər daha aktiv olurlar və burada zülalların, yağların və karbohidratların parçalanması və enerjiyə çevrilməsi daha sürətli baş verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41793/62/417936241_346:0:3077:2048_1920x0_80_0_0_3912d67141620a4921fb4e2ba637d7e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kakao, diyetoloq
Təmiz kakaonun orqanizmə hansı faydaları var?
10:29 04.06.2023 (Yenilənib: 23:25 04.06.2023) Kakaoda olan melonin dərini günəş şüalarının təsirindən qoruyur. Nikotin turşusu isə saçların keyfiyyətini yaxşılaşdırır. Bu məhsuldan həmçinin dəri üçün maskalar da hazırlamaq olar.
BAKI, 4 iyun — Sputnik. Diyetoloq Lyudmila Mikityuk RİA Novosti-yə kakaonun çoxşaxəli faydalı xüsusiyyətlərindən danışıb və bu məhsulun çatışmazlığı barədə xəbərdarlıq edib.
Mütəxəssis vurğulayıb ki, söhbət narın üyüdülmüş təbii kakao məhlulundan gedir, çünki həll olunan içkinin tərkibində "kimyəvi boyalar var və onun tərkibindəki fayda 20%-dən çox deyil".
"Kakao tozunun tərkibi əzələ fəaliyyətini normalaşdıran və qan azlığı olan insanlara kömək edən, sümük toxumasının sıxlığını təmin edən, uşaqların aktiv böyümə dövründə və hamilə qadınlara lazım olan, pis xolesterini çıxaran və qaraciyəri təmizləyən, cinsi hormonlara müsbət təsir göstərən, hüceyrələrin bölünməsini və toxumaların böyüməsini təmin edən, onkoloji xəstəliyin qarşısını alan, tərkibində antioksidantlar olan, yaraların sürətli sağalmasına kömək edən vitamin və minerallarla zəngindir", - deyə Mikityuk bildirib.
Diyetoloqun sözlərinə görə, kollegen molekullarını bağladıqları üçün fenol və prosiyanidinlər sayəsində dəri cavanlaşır və onun elastikliyini təmin edir. Kakaoda olan melonin dərini günəş şüalarının təsirindən qoruyur. Nikotin turşusu isə saçların keyfiyyətini yaxşılaşdırır. Bu məhsuldan həmçinin dəri üçün maskalar da hazırlamaq olar.
"İspan alimləri kakaonun qaraciyər sirrozu və fibrozunda faydalarını da sübut ediblər", - deyə diyetoloq bildirib.
Mikityuk onu da əlavə edib ki, kakaoya süd və şəkər əlavə etdikdə bu, kifayət qədər kalorili içki olur. Buna görə də kakaonu səhər vaxtı içmək daha məsləhətdir. Səhərlər insan orqanizmində bioloji ritmlər daha aktiv olurlar və burada zülalların, yağların və karbohidratların parçalanması və enerjiyə çevrilməsi daha sürətli baş verir.