Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ötən sutka ərzində 104 yanğına çıxış olub, 8 nəfər xilas edilib - VİDEO

© Sputnik / Rashad KeremogluYanğınsöndürən, arxiv şəkli
Yanğınsöndürən, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.08.2022
Abunə olmaq
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 8 nəfər xilas edilib.
BAKI, 27 avqust - Sputnik. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 104 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 8 nəfər xilas edilib.
Quba və Şabran rayonlarının ərazisində meşə yanğınlarının söndürülməsi - Sputnik Azərbaycan, 1920, 21.08.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Siyəzən və Şabrandakı dağlıq-meşəlik sahələrdə yanğınlar tam söndürülüb - FHN
Xəbər lenti
0