Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Siyəzən və Şabrandakı dağlıq-meşəlik sahələrdə yanğınlar tam söndürülüb - FHN

© Photo : FHNQuba və Şabran rayonlarının ərazisində meşə yanğınlarının söndürülməsi
Quba və Şabran rayonlarının ərazisində meşə yanğınlarının söndürülməsi - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
Havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq. qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib.
BAKI, 21 avqust - Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib.
Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.
“Azərsun Sənaye Parkı”nda baş vermiş yanğın - Sputnik Azərbaycan, 1920, 21.08.2022
HADİSƏ
Cəlilabad bazarındakı yanğın söndürülüb
Xəbər lenti
0