CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Düyü də bahalaşacaq: Hindistan ixracı ixtisar edib

© AFP 2024 / BENSON IBEABUCHIDüyü, arxiv şəkli
Düyü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.08.2022
Abunə olmaq
Hindistan hökuməti xaricə ümumi düyü ixracının 20%-ni təşkil edən parçalanmış düyü ixracının azaldılması ehtimalını müzakirə edir.
BAKI, 27 avqust — Sputnik. Dünyanın ən böyük düyü tədarükçüsü olan Hindistan daxili bazarda düyü qiymətlərinin qalxması səbəbindən bu dənli bitkinin ixracını azalda bilər. Bu barədə "Bloomberg" öz mənbələrinə istinadən xəbər verir.
Məlumata görə, Hindistan hökuməti xaricə ümumi düyü ixracının 20%-ni təşkil edən parçalanmış düyü ixracının azaldılması ehtimalını müzakirə edir.
2022-ci ildə Hindistanın bəzi rayonlarında yağıntının olmaması səbəbindən ölkədə düyü məhsulları 8% azalıb. Əsas düyü becərən Uttar-Pradeş və Bihar ştatlarında musson yağışları həmişəkindən təxminən 40% az olub.
Bildirilib ki, hökumətdə müzakirələr fəal şəkildə aparılacaq və yekun qərar yaxın vaxtlarda verilə bilər.
Dünya düyü ticarətinin 40%-i Hindistanın payına düşür. Bu məhsulun ölkədən ixracının azalması dünya bazarlarında ərzaq məhsullarının qiymətinin daha da artmasına səbəb ola bilər. Bu addım ən böyük təsiri düyünün təxminən 90%-nin yetişdirildiyi və istehlak edildiyi Asiya ölkələrinə göstərəcək.
2008-ci ildə Hindistan və Vyetnam düyü ixracını qadağan etdikdən sonra məhsulun qiyməti bir ton üçün 1000 dollardan yuxarı qalxıb ki, bu da indiki səviyyədən iki dəfə çoxdur.
Parçalanmış düyü əsasən Hindistanda heyvan yemi kimi və etanol istehsalı üçün istifadə olunur. 2022-ci ildə ölkədə bu cür düyünün qiymətləri xarici tələbatın artması səbəbindən qalxıb. Əsas alıcılar arasında Çin və Afrika ölkələri var.
Hindistanın ən böyük düyü istehsalçıları və ixracatçılarının səhmləri cümə günü Hindistan bazarında xarici tədarükün potensial azalması xəbəri ilə kəskin şəkildə aşağı düşüb. Düyü şirkətlərindən "KRBL Ltd." - 8,8%, "LT Foods Ltd." - 7,5%, "Chaman Lal Setia Exports Ltd."nin səhmləri 3% ucuzlaşıb.
Maqazinda un məmulatları - Sputnik Azərbaycan, 1920, 19.08.2022
CƏMİYYƏT
Çörək və un məmulatları da bahalaşdı - videoreportaj
Xəbər lenti
0