https://sputnik.az/20220819/corek-ve-un-memulatlari-da-bahalasdi---videoreportaj-445195129.html
Çörək və un məmulatları da bahalaşdı - videoreportaj
Çörək və un məmulatları da bahalaşdı - videoreportaj
Sputnik Azərbaycan
Pəhriz çörəkləri hələ bahalaşmasa da, şirniyyat və digər un məmulatlarının da qiyməti bahalaşıb. 19.08.2022, Sputnik Azərbaycan
2022-08-19T18:14+0400
2022-08-19T18:14+0400
2022-08-19T18:14+0400
un
cəmiyyət
çörək
şirniyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/08/13/445192530_0:120:1280:840_1920x0_80_0_0_c4d8394c64db43947c73212b7546a10c.jpg
BAKI, 19 avqust — Sputnik. Azərbaycanda unun və çörəyin qiymətinin bahalaşmasından sonra qiymət artımının un məmulatlarına da sirayət edəcəyi ilə bağlı narahatlıq var. Həmçinin hazırda satışda zavod çörəyindən başqa qiyməti tənzimlənməyən çörəklər də satılır. Bəs görəsən unun və çörəyin qiyməti artımı onların qiymətinə necə təsir edib?Pəhriz çörəkləri hələ bahalaşmayıbSputnik Azərbaycan bununla bağlı satış obyektlərində müşahidə aparıb. Metronun "Elmlər Akademiyası" na yaxın yerləşən ərzaq mağazalarında hələki qiymətin tənzimlənməyən digər çörəklərin qiyməti bahalaşmamışdı. Satıcı bildirdi ki, "Rossiya" çörəyinin qiyməti əvvəlki kimi 1 manatdır. "Slavyan" çörəyi isə 90 qəpiyə təklif olunur. "Borodinskiy" çörək 70 qəpikdir. "Ukrayna" çörəyi 70, 400 qramlıq çovdar çörəyi 70 qəpiyə təklif olunur. "Baker" 380 qramlı qara kəpəkli çörək isə 75 qəpikdir. "Çörəkçi-Baton Bakı Ekstra" 400 qramlıq çörək 80 qəpiyə təklif olunur. Lavaşların da qiymətində artım baş verməyib.Bulka, simit də bahalaşıbUnlu şirniyyat məmulatlarının isə qiymətlərində bu gündən qismən bahalaşma olub. "Xonça bulka" nın qiyməti 59 qəpik olub. Bu bulka dünən satışda 50 qəpiyə satılıb. Smitin qiyməti isə 65 qəpiyə qalxıb. Satıcı qiymətlərdə 5-10 qəpik artım olduğunu təsdiqlədi. Bildirdi ki, bu hələ ilkin qiymət artımıdır.Makaronların qiymətində artım varUnun qiymətinin artması makaran və vermişellərin də qiymətinə təsir göstərib. 1 manata təklif olunan 800 qramlıq makaronların qiyməti 1 manat 10 qəpik olub. Satıcı bildirdi ki, bəzi makaronların qiyməti cüzi bahalaşıb.Bu unlar da bahalaşıbUnun qiymətinin bahalaşması qutuda və çəki ilə satılan una da təsir edib. 1 kiloqramlıq qutuda qablaşdırılmış unların qiyməti 1 manat 50 qəpik olub. Satıcı qiymətin dünən 1 manat 30 qəpik olduğunu bildirdi. Açıq şəkildə çəki ilə satılan unun qiyməti isə 90 qəpikdən 1 manat 10 qəpiyə qalxıb.Tortların da qiyməti artıbHələki satışda müxtəlif müəssisələrin istehsal etdiyi qablaşdırılmış şirniyyat məhsulları bahalaşmayıb. Amma şirniyyat mağazalarında tortun bir kiloqramının qiyməti 17 manatdan 18, bəzi yerlərdə 19 manata çatıb. Şirniyyat mağazaları bunu unun qiymət artımı ilə əlaqələndiriblər.Qeyd edək ki, bu gündən 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manatdır. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.
https://sputnik.az/20220819/azerbaycanda-unun-ve-coreyin-qiymeti-bahalasdi-445176336.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/13/445192530_0:0:1280:960_1920x0_80_0_0_c55bddb0545e1e2852bbef71b7da992d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
un, çörək, şirniyyat
Çörək və un məmulatları da bahalaşdı - videoreportaj
Pəhriz çörəkləri hələ bahalaşmasa da, şirniyyat və digər un məmulatlarının da qiyməti bahalaşıb.
BAKI, 19 avqust — Sputnik. Azərbaycanda unun və çörəyin qiymətinin bahalaşmasından sonra qiymət artımının un məmulatlarına da sirayət edəcəyi ilə bağlı narahatlıq var. Həmçinin hazırda satışda zavod çörəyindən başqa qiyməti tənzimlənməyən çörəklər də satılır. Bəs görəsən unun və çörəyin qiyməti artımı onların qiymətinə necə təsir edib?
Pəhriz çörəkləri hələ bahalaşmayıb
Sputnik Azərbaycan bununla bağlı satış obyektlərində müşahidə aparıb. Metronun "Elmlər Akademiyası" na yaxın yerləşən ərzaq mağazalarında hələki qiymətin tənzimlənməyən digər çörəklərin qiyməti bahalaşmamışdı. Satıcı bildirdi ki, "Rossiya" çörəyinin qiyməti əvvəlki kimi 1 manatdır.
"Slavyan" çörəyi isə 90 qəpiyə təklif olunur. "Borodinskiy" çörək 70 qəpikdir. "Ukrayna" çörəyi 70, 400 qramlıq çovdar çörəyi 70 qəpiyə təklif olunur. "Baker" 380 qramlı qara kəpəkli çörək isə 75 qəpikdir. "Çörəkçi-Baton Bakı Ekstra" 400 qramlıq çörək 80 qəpiyə təklif olunur. Lavaşların da qiymətində artım baş verməyib.
Bulka, simit də bahalaşıb
Unlu şirniyyat məmulatlarının isə qiymətlərində bu gündən qismən bahalaşma olub. "Xonça bulka" nın qiyməti 59 qəpik olub. Bu bulka dünən satışda 50 qəpiyə satılıb. Smitin qiyməti isə 65 qəpiyə qalxıb. Satıcı qiymətlərdə 5-10 qəpik artım olduğunu təsdiqlədi. Bildirdi ki, bu hələ ilkin qiymət artımıdır.
Makaronların qiymətində artım var
Unun qiymətinin artması makaran və vermişellərin də qiymətinə təsir göstərib. 1 manata təklif olunan 800 qramlıq makaronların qiyməti 1 manat 10 qəpik olub. Satıcı bildirdi ki, bəzi makaronların qiyməti cüzi bahalaşıb.
Unun qiymətinin bahalaşması qutuda və çəki ilə satılan una da təsir edib. 1 kiloqramlıq qutuda qablaşdırılmış unların qiyməti 1 manat 50 qəpik olub. Satıcı qiymətin dünən 1 manat 30 qəpik olduğunu bildirdi. Açıq şəkildə çəki ilə satılan unun qiyməti isə 90 qəpikdən 1 manat 10 qəpiyə qalxıb.
Tortların da qiyməti artıb
Hələki satışda müxtəlif müəssisələrin istehsal etdiyi qablaşdırılmış şirniyyat məhsulları bahalaşmayıb. Amma şirniyyat mağazalarında tortun bir kiloqramının qiyməti 17 manatdan 18, bəzi yerlərdə 19 manata çatıb. Şirniyyat mağazaları bunu unun qiymət artımı ilə əlaqələndiriblər.
Qeyd edək ki, bu gündən 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manatdır. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.