CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Ordusunun hərbi qulluqçusu qəzada həlak olub - RƏSMİ

© AR Ministry of DefenceAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 27.08.2022
Abunə olmaq
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbçisinin qeyri-döyüş şəraitində həlak olmasını təsdiq edib.
BAKI, 27 avqust - Sputnik. "Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlunun həlak olması ilə bağlı məlumatı təsdiq edirik".
Bu barədə Müdafiə Nazirliyindən daxil olan məlumatda deyilir.
Məlumata görə, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Allah rəhmət eləsin!
Tibbi maşınları - Sputnik Azərbaycan, 1920, 05.08.2022
HƏRBİ
Laçında həlak olan hərbi qulluqçuya şəhid statusu veriləcək
Xəbər lenti
0