https://sputnik.az/20220805/lacinda-helak-olan-herbi-qulluqcuya-sehid-statusu-verilecek-444721599.html
Laçında həlak olan hərbi qulluqçuya şəhid statusu veriləcək
Laçında həlak olan hərbi qulluqçuya şəhid statusu veriləcək
Sputnik Azərbaycan
Qanunvericiliyə əsasən, Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səməd Xudiyevə şəhid statusu veriləcək. 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T14:45+0400
2022-08-05T14:45+0400
2022-08-05T14:45+0400
hərbi
laçın
şəhid
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425556139_0:294:3077:2025_1920x0_80_0_0_4a552a5701e3129610ff461882c49940.jpg
BAKI, 5 avqust - Sputnik. Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək.Qanunvericilyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq.Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər.Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.Müxtəlif bədən xəsarətləri alan əsgər Tahir Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
https://sputnik.az/20220805/azerbaycan-ordusunun-bir-esgeri-helak-olub-digerinin-veziyyeti-agirdir--444721161.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425556139_63:0:2794:2048_1920x0_80_0_0_f95f4777db99e448a4e835a747d79be1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın, şəhid
Laçında həlak olan hərbi qulluqçuya şəhid statusu veriləcək
Qanunvericiliyə əsasən, Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Səməd Xudiyevə şəhid statusu veriləcək.
BAKI, 5 avqust - Sputnik. Azərbaycan Ordusunun Laçın rayonunda həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xudiyev Samir Səməd oğluna şəhid statusu veriləcək.
Qanunvericilyə əsasən, Samir Xudiyev şəhid statusu alacaq.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər.
Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Müxtəlif bədən xəsarətləri alan əsgər Tahir Əliyevin vəziyyəti isə ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.