Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şəhriyar Məmmədyarov Levon Aronyanla görüşəcək

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidŞəhriyar Məmmədyarov
Şəhriyar Məmmədyarov - Sputnik Azərbaycan, 1920, 26.08.2022
Abunə olmaq
On oyunçunun qatıldığı turnirdə şahmatçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blits növündə çıxış edəcəklər.
BAKI, 26 avqust — Sputnik. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour"un 4-cü mərhələsində mübarizəyə başlayacaq.
37 yaşlı qrossmeyster şəhərin eyniadlı turnirinin birinci turunda Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə, ikinci turda ABŞ-ı təmsil edən Levon Aronyanla, üçüncü turda isə fransalı Maksim Vaşye-Laqravla görüşəcək.
10 oyunçunun qatıldığı turnirdə şahmatçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blits növündə çıxış edəcəklər.
Qeyd edək ki, 175 000 ABŞ dolları mükafat fonduna malik "Grand Chess Tour"un 4-cü mərhələsi avqustun 30-da başa çatacaq.
Xəbər lenti
0