Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın rəqibləri məlum oldu

© Photo : FC Karabakh"Qarabağ" FK yazısı
Qarabağ FK yazısı - Sputnik Azərbaycan, 1920, 26.08.2022
Abunə olmaq
Azərbaycan təmsilçisi "Qarabağ" G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"a (Fransa) rəqib olub.
BAKI, 26 avqust — Sputnik. UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.
Türkiyənin İstanbul şəhərindəki mərasimdə 8 qrupun tərkibi dəqiqləşib.
Azərbaycan təmsilçisi "Qarabağ" G qrupunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant"a (Fransa) rəqib olub.
Türkiyə klublarından "Fənərbağça" B qrupunda "Dinamo" (Kiyev, Ukrayna), "Renn" (Fransa) və AEK (Larnaka, Kipr) komandaları ilə, "Trabzonspor" isə "Srvena Zvezda" (Serbiya), "Monako" (Fransa), "Ferentsvaroş"la (Macarıstan) üz-üzə gələcək.
İstanbul təmsilçisi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kiyev "Dinamo"suna iki oyunun nəticəsinə əsasən məğlub olmuşdu - 0:0, 1:2.
A qrupu: "Arsenal" (İngiltərə), PSV, (Niderland), "Budö Qlimt" (Norveç), "Sürix" (İsveçrə)
B qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Renn" (Fransa), "Fənərbağça" (Türkiyə), AEK (Larnaka, Kipr)
C qrupu: "Roma" (İtaliya), "Lüdoqorets" (Bolqarıstan), "Betis" (İspaniya), HİK (Finlandiya)
D qrupu: "Braqa" (Portuqaliya), "Malmö" (İsveç), "Yunion" (Berlin, Almaniya), "Yunion" (Belçika)
E qrupu: "Mançester Yunayted" (İngiltərə), "Real Sosyedad" (İspaniya), "Şerif" (Moldova), "Omoniya" (Kipr)
F qrupu: "Latsio" (İtaliya), "Feyenoord" (Niderland), "Midtüllan" (Danimarka), "Şturm" (Avstriya)
G qrupu: "Olimpiakos" (Yunanıstan), "Qarabağ" (Azərbaycan), "Frayburq" (Almaniya), "Nant" (Fransa)
H qrupu: "Srvena Zvezda" (Serbiya), "Monako" (Fransa), "Ferentsvaroş" (Macarıstan), "Trabzonspor" (Türkiyə)
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.
Xəbər lenti
0